Accessibility links

İran neftinin idxalçılarının sanksiya güzəştlərinin ləğvi pislənir


İran neftinin idxalçılarının sanksiya güzəştlərinin ləğvi pislənir
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Tramp administrasiyası Tehranın əsas gəlir mənbəyinin qarşısını almaq ümidi ilə İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərinin ləğvini elan edib. Çin və Türkiyə daxil edilməklə, ABŞ-ın bu ölçüsü br sıra ölkə tərəfindən birmənalı qarşılanmır.

ABŞ İran neftinin idxalına dair sanksiyalarda artıq heç bir istisnaya yol vermir. Dövlət katibi Mayk Pompeo ölkələrə İran neftinin dixalını azalrmaları üçün vaxt verildikdən sonra ABŞ-ın sıfır siyasətini açıqlayıb.

"Bu bəyanatla biz məqsədimizin ciddiliyini nümayiş etdiririk. Biz sıfıra gedirik. Sıfırda nə qədər qalacağımız İran İslam Respublikasından asılı olacaq. Biz Ayətulla və onun ətrafındakılara nüvə silahlarının istehsalının dayandırılması, ballistik raketlərin sınaqdan keçirilməməsi, terrorizmin sponsorluğuna və ABŞ vətəndaşlarının arbitrar həbslərinə son qoymasına dair açıq tələb irəli sürdük."

İran isə neft ixrac edə bilməyəcəyi təqdirdə Yaxın Şərqin əsas nəqliyyat marşrutu olan Hörmüz boğazını bağlayacağı ilə hədələyir.

Türkiyə də ABŞ-ın addımını rədd edib. Xarici işlər naziri tvit edərək yazıb ki, “Amerikanın qərarı regional sülh və sabitliyə xidmət etməməklə yanaşı, İran xalqına da zədə yetirir. Türkiyə təktərəfli sanksiyaları və qonşuları ilə münasibətlərində necə davranacağına müdaxiləni qəbul etmir.”

Çin də eyni reaksiya ilə çıxış edib. Çinin xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Çin Amerikanın təktərəfli sanksiyaları və "uzunqollu" yurisdiksiyasını rədd edir.

Təhlilçilər isə xəbərdarlıq edir ki, neft qalmaqalı ABŞ-İran qarşıdurmasına səbəb olmaqla yanaşı, Çinlə ABŞ arasında ticarət danışıqlarının da dalana dirənməsinə yol aça bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG