Iran prezidenti Mahmud Əhmədinejad İranda yeni ilin qeyd edildiyi bir vaxt bu gün ev sahibliyi etdiyi region ölkələrinin liderlərinin sammitində daha sıx birliyə və əməkdaşlığa çağırıb.
Cənab Əhmədinejad Novruz bayramını İraq , Əfqanıstan, Tacikistan və Türkmənistanın prezidentləri ilə qeyd edib. Türkiyənin baş nazir müavini və Azərbaycanın xarici işlər naziri də sammitdə iştirak ediblər.
Prezident Əhmədinejad deyib ki, bayramın qeyd edilməsi xalqları münasibətləri birlik, ədalət, sülh və qarşılıqlı hörmət əsasında qurmağa kömək edir.
Bu toplantı Tehran mübahisəli nüvə proqramına görə beynəlxalq ictimaiyyət tərəfindən daha artıq təcrid olunmaq təhlükəsi qarşısında qaldığı bir vaxt keçirilir.