Accessibility links

İran Şimali Koreyaya neft ixrac etməyə çalışır




İranın neft naziri Rüstəm Qasemi ölkənin zəif iqtisadiyyatını dirçəltmək üçün İranın Şimali Koreyaya neft ixracı məsələsini nəzərdən keçirdiyini bildirib.

Neft nazirinə istinadən edən İRNA agentliyinin verdiyi məlumata əsasən, Tehran və Pxenyan arasında neft ixracına dair danışıqlar aparılır.

Neft ixracına dair razılıq ABŞ və Qərblə gərgin münasibətləri olan bu iki ölkəni bir-birinə daha da yaxınlaşması ilə nəticələnəcək. Şimali Koreyanın neft nazirliyinin nümayəndə heyəti hazırda İranda səfərdədir. Keçən il sentyabr ayında isə iki ölkə arasında elm və texnologiya sahələrində əməkdaşlığa dair razılaşma imzalanmışdır.

İran və Şimali Koreya rəsmiləri bundan öncə Qərb ölkələri ilə qarşıdurmada iki ölkənin “bir səngərdə” olduğunu bəyan etmişdi.

Bununla belə, İran BMT-nin iki ölkənin təşkilatın sansksiyalarını pozaraq, ballistik raketlər və onların komponentləri, habelə raket texnologiyaları mübadiləsi haqda hesabatını rədd edib.
XS
SM
MD
LG