Accessibility links

İran nüvə danışıqlarının birinci günü nəticə vermədi


Bu gün Qazaxıstanın Almatı şəhərində dünya dövlətlərinin İranın mübahisəli nüvə proqramı ilə bağlı iki gün keçiriləcək müzakirələri başlanıb. Danışıqlarda BMT Təhlükəısizlik Şurasının beş üzvü, Almaniya və İran iştirak edir. Bugünkü müzakirələrdə cüzi irəliləyişin əldə edildiyi deyilir.

Adının açıqlanmasını istəməyən Qərb diplomatı İranın 5+1-ın fevral ayında təqdim etdiyi təklifinə "qəti və aydın" cavab vermədiyini deyib.

Təhlükəsizlik Şurasının fevral ayında təqdim etdiyi təklifində İranın nüvə obyektlərini bağladığı və zənginləşdirdiyi urandan imtina etdiyi təqdirdə, beynəlxalq sanksiyalara məruz qalan bəzi ticarət əlaqələrinin yenidən fəaliyyətinə icazə veriləcəyi deyilir.

Cümə axşamı İranın nüvə müzakirəçisi Səid Cəlili dünya dövlətlərini İranın uran zənginləşdirməsinə ixtiyarı çatdığı barədə arqumenti qəbul etməyə çağırıb.
XS
SM
MD
LG