Accessibility links

Çin İrana qarşı yeni sanksiyalarla bağlı danışıqlara qoşulur


Çin İrana qarşı yeni sanksiyalarla bağlı danışıqlara qoşulur
Çin İrana qarşı yeni sanksiyalarla bağlı danışıqlara qoşulur

Birləşmiş Ştatlar, Çin, Rusiya, Britaniya, Fransa və Almaniyanın liderləri İranın nüvə proqramı ilə əlaqədar bu ölkəyə qarşı yeni sanksiyalar paketinin tətbiq edilməsi məsələsini bu gün Nyu Yorkda müzakirə edir

Çin Birləşmiş Ştatlar və dünyanın digər qüdrətli dövlətlərilə İranın nüvə fəaliyyətlərilə əlaqədar bu ölkəyə qarşı BMT-nin yeni sanksiyalar paketini tətbiq etmək haqda danışıqlara qoşulacağını təsdiq edib.

Birləşmiş Ştatlar, Çin, Rusiya, Britaniya, Fransa və Almaniyanın liderləri məsələni bu gün Nyu Yorkda müzakirə edir.

Çin Tehrana qarşı yeni cəzalandırıcı ölçülərin tətbiq edilməsinə indiyə qədər meylli deyildi.

Pekində Çin Xarici İşlər nazirliyinin sözçüsü ölkənin sanksiyalarla bağlı danışıqlara qatıldığını təsdiq edib, lakin əlavə edib ki, Çin irəliyə getməyin ən yxaşı yolunun dialoq olduğuna inanır.

Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğu üçün Pekinin mövqeyi olduqca böyrk əhəmiyyət daşıyır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG