Accessibility links

Co Bayden:"İran ciddi seçim qarşısındadır"


Co Bayden:"İran ciddi seçim qarşısındadır"
Co Bayden:"İran ciddi seçim qarşısındadır"

ABŞ-ın vitse-prezidenti deyib ki, Tehran ya beynəlxalq qanunlara əməl edərək, məsuliyyətli ölkələr sırasına qoşulmalıdır, ya da bunu etmədiyi üçün daha ciddi nəticələrlə qarşılaşıb təcrid olmağa davam edəcək.

ABŞ-ın vitse-prezidenti Co Bayden deyib ki, İran nüvə proqramına görə “ciddi seçim” qarşısındadır. O deyib ki, Tehran ya beynəlxalq qanunlara əməl edərək, məsuliyyətli ölkələr sırasına qoşulmalıdır, ya da bunu etmədiyi üçün daha ciddi nəticələrlə qarşılaşıb təcrid olmağa davam edəcək.

Vitse-prezident Bayden bu açıqlamaları bu gün Belçikada Avropa parlamenti qarşısında çıxışı zamanı verib. O həmçinin qeyd edib ki, İranın nüvə proqramı Nüvə Silahlarının Yayılmamasına dair müqavilənin pozulması deməkdir və Yaxın Şərqdə silah yarışına gətirib çıxara bilər.

Beynəlxalq Atom enerjisi agentliyinin başçısı Yukia Amato isə deyib ki, İran nüvə proqramı ilə bağlı şübhələrə aydınlıq gətirməlidir. Onun sözlərinə görə, agentlik Tehranın nüvə silahları inkişaf etdirməyə çalışdığına dair narahatlıqları kənara ata bilmir.

XS
SM
MD
LG