İranın nüvə məsələləri üzrə yüksək səviyyəli nümayəndəsi Əli Əkbər Salehi deyib ki, ölkənin ilk nüvə elektrik stansiyası yanvar ayında elektrik enerjisi istehsalına başlayacaq. Bu, əvvəl elan edildiyi vaxtdan iki ay gecdir. İranın yarı-rəsmi İSNA xəbər agentiyi Salehiyə istinadən bildirir ki, rəsmilər Buşehr reaktoruna yanacağın oktyabr ayında çatıdırılacağına ümid edirlər. Onun sözlərinə görə, stansiya bundan iki ay sonra elektrik enerjisi istehsalına başlaya bilər. Salehi bu gecikməyə nəyin səbəb olduğunu bildirməyib.