Accessibility links

Müzakirəçilər İranla nüvə razılığı əldə olunması ehtimalına nikbin yanaşır


İranla 2015-ci il nüvə sazişini canlandırmaq üçün yenilənmiş danışıqlarda iştirak edən yüksək səviyyəli müzakirəçilər bazar günü Tehranın uranın zənginləşdirilməsinə məhdudiyyətlərin qoyulması ilə bağlı razılığın əldə olunması ehtimalına nikbin yanaşdıqlarını bildirib.

"Bizim finiş xəttinə çatmağımıza 5 dəqiqə və ya 5 saniyə qalıb," Rusiya səfiri Mixail Ulyanov danışıqlardan dörd gün sonra Vyananın Koburq sarayının qarşısında jurnalistlərə bildirib. O deyib ki, həlli gözlənilən “üç-dörd məsələ” qalıb.

“Onlar xüsusilə iranlılar və amerikalılar üçün həssasdır. Mən zəmanət verə bilmərəm, lakin belə bir təəssürat yaranır ki, biz düzgün istiqamətdə irəliləyirik,” Ulyanov deyib.

Avropa İttifaqının baş müzakirəçisi Enrike Mora da danışıqların irəliləyişində “tamamilə” nikbin olduğunu deyib.

“Biz irəliləyirik və mən danışıqların tezliklə başa çatacağını gözləyirəm,” o, İran mediasına bildirib.

İran, ABŞ və Avropa İttifaqından olan nümayəndələrinin Tehranın nüvə sazişi ilə danışıqları aylardır davam edən fasilədən sonra cümə axşamı dolayısı ilə bərpa edilib.

Danışıqların fasiləsindən sonra İran təkmilləşmiş sentrifuqalar işlədir və zənginləşdirilmiş uran ehtiyatını sürətlə artırır.

İran 2015-ci ildə ABŞ, Fransa, Almaniya, Britaniya, Rusiya və Çinlə nüvə sazişi imzalayıb. Razılaşmaya əsasən İran iqtisadi sanksiyaların ləğvi müqabilində BMT müfəttişlərinin nəzarəti altında uranın zənginləşdirilməsini məhdudlaşdırmağa razılıq vermişdi.

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə birtərəfli qaydada ABŞ-ı razılaşmadan çıxardı və daha sərt şərtlər altında razılaşma üçün yeni danışıqlar aparacağını desə də, bu baş vermədi. Bir il sonra İran müqavilənin şərtlərini pozmağa başladı.

XS
SM
MD
LG