Accessibility links

Wikileaks:İran daxilində təzyiqlər nüvə yanacağına dair razılığın baş tutmaması ilə nəticələnib


Wikileaks:İran daxilində təzyiqlər nüvə yanacağına dair razılığın baş tutmaması ilə nəticələnib
Wikileaks:İran daxilində təzyiqlər nüvə yanacağına dair razılığın baş tutmaması ilə nəticələnib

ABŞ-ın məxfi diplomatik sənədlərinə əsasən, İran prezidenti Mahmud Əhmədinejad nüvə mübadiləsinə dair razılığın bir ildən artıqdır qəbul edilməsini istəyib, lakin siyasətçilər tərəfindən cidd təzyiqlərlə qarşılaşıb. WikiLeaks saytında açıqlanmış teleqramda 2009-cu ildə ABŞ-ın xüsusi nümayəndəsi və Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu arasında görüş təsvir edilir. Türkiyə xarici işlər naziri deyib ki, İran hökuməti nüvə yanacağının mübadiləsinə dair razılıq üzərində işləməyə hazırdır, lakin ölkə daxilində təzyiqlərlə qarşılaşdığına görə cənab Əhmədinejadın ictimai rəyi öz tərəfinə çəkməyə ehtiyacı olubı. Davutoğlunun bildirdiyinə görə, İran nüvə yanacağını çatdırmaq üçün Birləşmiş Ştatlara ona nüvə elektrik stansiyasının inşasında kömək edən Rusiyadan daha çox etibar edib.

XS
SM
MD
LG