Accessibility links

İranın nüvə proqramına dair danışıqlar başa çatıb


İranın nüvə danışıqlarında vasitəçisi Abbas Araqçı Tehranın atom proqramı ilə bağlı danışıqların fikir ayrılıqlarının olduğu bütün məsələlərinin həllinı tapdığı bir şəraitdə başa çatdığını bildirib.

Abbas Araqçı bu açıqlamanı Cenevrədə Avropa İttifaqı və Birləşmiş Ştatların nümayəndələri ilə iki gün sürən danışıqlardan sonra İranın dövlətə məxsus televiziyasına müsahibə zamanı verib. Lakin o eyni zamanda deyib ki, razılaşma hələ İran və danışıqlarda iştirak edən ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya tərəfindən ratifikasiya olunmalıdır.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif danışıqlardan öncə nikbinliyini ifadə edərək, İranın keçən ilin noyabr ayında dünya qüdrətləri ilə əldə olunmuş razılığın yekunlaşdırılması istiqamətində işləyəcəyilə bağlı nikbinliyini ifadə edib.

O, İran və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın daxil olduğu qrupun ekspertlər səviyyəsində keçirdiyi görüşlərlə bağlı razılığını bildirib. Məhəmməd Cavad Zərif İranın nüvə proqramının dayandırılması müqabilində sanksiyaların məhdudlaşdırılmasına dair danışıqların müsbət nəticələr verdiyini deyib.
XS
SM
MD
LG