Accessibility links

Ruhani: Nüvə razılaşmasının xilası üçün Avropa hərəkət etməlidir


İran prezidenti Həsən Ruhaninin sözlərinə görə, əgər müqavilədən fayda əldə etmək mümkün olmasa, o zaman Tehranın 2015-ci ildə dünya dövlətləri ilə imzaladığı nüvə razılılaşmasında qalması çətin olacaq.

Ruhani çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makronla telefon danışığında bildirib ki, Donald Trampın Birləşmiş Ştatları razılaşmadan çəkmək qərarından sonra müqaviləyə imza atan digər tərəflər - Fransa, İngiltərə, Almaniya, Rusiya və Çin İranın itirdiklərini kompensasiya etmək üçün bir yol tapmalıdır.

Makronun ofisindən verilən məlumata görə, Fransa lideri müqaviləyə sadiq qalacağı ilə bağlı Ruhanini əmin etməyə çalışıb.

Obama administrasiyası dövründə əldə olunan mühüm sazişə əsasən dünya dövlətləri Tehran tərəfinin nüvə fəaliyyətini azaltması ilə bağlı verdiyi sözün əvəzinə İrana qarşı beynəlxalq sanksiyaların qaldırılmasına razılıq vermişdi.

Prezident Donald Tramp isə bu müqavilənin digər ölkələrə nisbətən daha çox İranın mənfəətinə xidmət etdiyini bildirmişdi.

XS
SM
MD
LG