Accessibility links

İran: Tramp nüvə razılığının pozulmasına səbəb ola bilməz


İran bildirib ki, ABŞ prezidenti Donald Tramp Tehranın dünyanın altı qüdrətli dövləti ilə əldə etdiyi nüvə razılığını poza bilməz.

“Nüvə razılığı pozulmayacaq…Trampın onu pozacağına ümid edənlər varsa, onlar yanılır”, İran prezidenti Həsən Ruhani dövlət televiziyası vasitəsilə yayımlanan çıxışı zamanı bildirib.

Tramp oktyabr ayında İranın 2015-ci ildə Birləşmiş Ştatlar da daxil olmaqla,dünya qüdrətləri ilə əldə etdiyi razılığa əməl etdiyini təsdiq etməkdən imtina edib. Onun qərarı ilə Konqresə 60 gün ərzində İrana qarşı sanksiyaların qaytarılması haqda qərar verib-verməməsi üçün imkan açılır.

Buşehrdə nüvə elektrik stansiyası
Buşehrdə nüvə elektrik stansiyası

Konqresin İrana qarşı sanksiyaların yenidən tətbiq edilməsi üçün son möhlət haqda keçən həftə qərar qəbul etməsinin ardınca son qərarı Tramp verməlidir. ABŞ prezidenti yanvar ayının ortalarında İrana qarşı enerji sanksiyalarının dayandırılmasına davam edib-etməməklə bağlı qərar çıxarmalıdır.

Beynəlxalq razılaşmaya əsasən, İrana qarşı nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş sanksiyalar keçən il qaldırılıb. Bunun müqabilində Tehran nüvə proqramını məhdudlaşdırmalıdır.

İran bildirib ki, imza atan digər ölkələr razılığa əməl etməyə davam etdikcə, Tehran da ona əməl edəcək, lakin Vaşinqton razılıqdan çıxsa, o da razılaşmanı “pozacaq”.

XS
SM
MD
LG