Accessibility links

Britaniya, Fransa və Almaniyanın baş diplomatları İran Nüvə Sazişini müzakirə edəcək


Avropa İttifaqının xarici siyasət rəhbəri Federika Mogerini
Avropa İttifaqının xarici siyasət rəhbəri Federika Mogerini

Avropa İttifaqının xarici siyasət rəhbəri Federika Mogerini çərşənbə axşamı Brüsseldə Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri arasında görüş təşkil edəcək. Görüşün məqsədi prezident Donald Trampın ABŞ-ın İran Nüvə Sazişindən çıxacağını elan etməsindən sonra sazişin gələcəyinin müzakirə edilməsidir.

Bununla bərabər Fransanın maliyyə naziri Bruno Le Mer bildirib ki, Avropa Birləşmiş Ştatlar haqqında “dünyanın iqtisadiyyat polisi” kimi düşünməməlidir və İran sazişi haqqında növbəti addımları atmaq qərarı verilən zaman Fransanın ilk növbədə maraqları nəzərə alınmalıdır.

Almaniya kansleri Angela Merkel cümə günü deyib ki, Birləşmiş Ştatların İran Nüvə Sazişindən çıxması qlobal düzənə olan inamı təhlüklə altına atır. Merkel əlavə edib ki, hadisələrin son inkişafı sazişə son qoyulacağı mənasını vermir.

Merkel və Rusiya prezidenti Vladimir Putin cümə günü ABŞ-ın son qərarı ilə bağlı danışıblar. Hər iki liderin ofislərindən verilən məlumata görə, məqsəd sazişin qorunub saxlanılmasıdır.

Trampın keçən çərşənbə axşamı İran sazişi ilə bağlı qərarının elanından sonra sənədə imza atan digər beş ölkə - Almaniya, Britaniya, Fransa, Rusiya və Çin sazişə dəstəklərini yenidən ifadə ediblər.

XS
SM
MD
LG