Accessibility links

İranla nüvə sazişinə son qoyulacaqmı?


İranla nüvə sazişinə son qoyulacaqmı?
please wait

No media source currently available

0:00 0:02:19 0:00

İllər ərzində müzakirə edilən İran sazişi 2016-cı ilin yanvarında qüvvəyə minib.

BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya İranı nüvə silahı inkişaf etdirməsini dayandırmağa razı salıblar.

Əvəzində isə uzun illər tətbiq edilən beynəlxalq sanksiyalar qaldırıldı və İran milyardlarla dollar dəyərində dondurulmuş vəsaitlərinə çıxış əldə etdi.

Amma uzun müddət Obama dövrü sazişinin tənqidçisi olan Donald Tramp seçildiyi halda sazişi ləğv edəcəyinə söz vermişdi. Tramp, keçən ay BMT-nin Baş Assambleyasınında bu sazişi “rüsvayçılıq” adlandırdı.

“İran nüvə razılaşması ABŞ-ın daxil olduğu ən pis və ən birtərəfli sazişdir.”

2015-ci ildə respublikaçı senatorların əksəriyyəti qanun layihəsini Konqresdən keçirərək potensial saziş üçün şərait yaratdılar.

Bu qanunda prezidentin hər 90 gün ərzində İranın nüvə sazişinə riayət edib-etməməsi haqqında Konqresi məlumatlandırması tələb olunur.

“Prezidentin sazişə riayət olunmasını təsdiq etmədiyi halda Konqresin 60 gün vaxtı var. Həmin vaxt ərzində onlar ya addım atmaq, ya da heç nə etməmək qərarı verə bilərlər. Onlar hərəkət etmək qərarı versələr sürətləndirilmiş proseslə qaldırılmış sanksiyaları yenidən bərpa edə bilərlər. Bunun üçün onların sadə səs üstünlüklərinə ehtiyacları var.”

Bəziləri Trampın atacağı addımdan sonra sazişin təxirə salınacağına şübhə ilə yanaşır.

“İranın sazişə riayət etməsi prezident tərəfindən təsdiq olunmaması ABŞ-ın sazişdən çıxması mənasını vermir.”

Sazişə riayətin təsdiq edilməməsi ehtimalı ABŞ-ın müttəfiqlərini məyus edir.

“Beynəlxalq icma çalışan və nəticələr verən bu sazişin təxirə salınmasına imkan verə bilməz.”

Trampın addımları sazişi təxirə salmayacağı halda belə, İran öz nüvə proqramını bərpa etmək qərarı verə bilər.

“Əgər kimsə razılaşmanı tərk etsə, sazişin öhdəliklərini pozsa, bu o deməkdir ki, biz ölkəmizin maraqlarına müvafiq addım atmaqda azad olacayıq.”

Beləliklə, ABŞ tərəfindən sazişin təxirə salınması cəhdləri xoşagəlməz nəticələr verməklə yanaşı, Vaşinqtonun beynəlxalq təcridinə yol açmış ola bilər.

XS
SM
MD
LG