Accessibility links

İranın nüvə proqramına dair müzakirələr bərpa edilib


İran Beynəlxaq Atom Enerjisi Agentliyi ilə nüvə proqramına dair müzakirələri bərpa edib.

Tehran danışıqları yanvar ayında İrana qarşı sanksiyaların yüngülləşdirilməsindən sonra baş tutur. Bunun müqabilində İran nüvə proqramının inkişafının qismən dondurulmasına razılıq verib.

İranın Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kamalvəndi müzakirələri konstruktiv adlandırıb. O müzakirələrin sabah davam etdiriləcəyini deyib.

İran BMT-nin beş daimi üzvü və Almaniya ilə nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yüngülləşdirilməsinə dair razılığı noyabr ayında əldə edib.
XS
SM
MD
LG