Accessibility links

İranın ali ruhani rəhbəri ABŞ qanunvericilərinin məktubunu tənqid edib


Ayətulla Əli Xameneyi bu addımın ABŞ siyasətinin parçalanmasını göstərdiyini deyib

Iranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi ABŞ-ın 47 respublikaçı senatorunun İranın nüvə proqramı ilə əlaqədar danışıqlarla bağlı Tehrana göndərdiyi açıq məktubu tənqid edərək, bu addımın ABŞ siyasətinin parçalanmasını göstərdiyini deyib.

Məktubda gələcək ABŞ prezidentinin İranın dünyanın altı qüdrətli ölkəsi isə əldə etdiyi razılığı ləğv edəcəyi bildirilir.

Danışıqların bazar günü davam etdiriləcəyi gözlənilir. Tərəflər cari ayın sonunadək müvəqqəti razılaşma əldə etməyə çalışır.

İranın dövlət mediası Ayətullaya istinadən bildirib ki, o, danışıqlar prosesindən “arxadan zərbə almaqdan” narahatdır. Əli Xameneyi bildirib ki, beynəlxalq qrup, xüsusilə ABŞ danışıqların sonunda daha sərt mövqe tutub.

İran nüvə silahları istehsal etmədiyində israr edir. Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya iqtisadi sanksiyaların aradan qaldırılmasının müqabilində İranın nüvə proqramının dinc mahiyyət daşıdığına dair təminat əldə etmək istəyir.

XS
SM
MD
LG