Accessibility links

İranın nüvə danışıqlarına bir neçə gün qalır [Video]


İranın nüvə danışıqlarına bir neçə gün qalır
please wait

No media source currently available

0:00 0:02:53 0:00

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə razılığının əldə edilməsinə qoyulan müddətin başa çatmasına bir neçə gün qalmış Avropanın paytaxtlarında səfərdədir. Eyni zamanda dövlət rəsmiləri aprel ayında İsveçrənin Lazanna şəhərində əldə olunmuş razılaşmanın təfsilatı üzərində Vyanada çalışmalara davam edirlər.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Mark Fitzpatrik deyir ki, onlar hələ də əsas məsələlər üzərində nailiyyət əldə etməyiblər.

Mark Fitzpatrik: "Hələ də bəzi problemlər mövcuddur. Çünki İran Luzsannada əldə olunan razılaşmadan artıq proqres etmək istəmirlər. Onlar hər şeyi ən son mərhələyə buraxıblar."

Danışıqların son mərhələsində ABŞ dövlət katibi də daxil olmaqla, yüksək vəzifəli şəxslərin iştirak edəcəyi gözlənilir. Onlar İranın Ali Lideri Ayətulla Əli Xameneyinın bəyənatını danışıqlarda təqdim etməyi planlaşdırırlar. Bəyanatda sanksiyaların qaldırılması tarixi, nüvə obyektlərinin təftişi və İranın nüvə araşdırmalarının 10 ilədək dondurulması təklifi rədd edilir.

Mark Fitzpatrik: "İnsanların çoxu bundan narahatdır. Əgəq Qərb Ayətulla Xamenenin istədiklərini versə, bu çox pis razılaşma olacaq."

Bu narahatlıqlar bəzi sabiq yüksək vəzifəli şəxslər də daxil olmaqla, Amerikanın 18 görkəmli şəxsi tərəfindən çərşənbə günü açıq məktubdə dilə gətirildi.

Vaşinqtonda yerləşən Corc Toun universitetindən Arian Tabatabaya görə narahatlıqlar şişirdilib.

Arian Tabatabay: "Onun dediyi hər şeyə və bu günə qədər əldə olunan hər şeyə diqqətlə nəzər yetirsək görürük ki, onun dediyi çox şey nəticədə qanunda öz əksini tapmır."

İran hərbi obyektlərin yoxlanışı və alimlərinin dindirilməsini qəbul etmir. Ancaq hərbi obyektlərin yoxlanışı 126 digər ölkələrin də qəbul etdiyi qlobal silahların yayılmasının qarşısını almaq qanunun bir hissəsidir və bu, İranla danışıqların təməlini təşkil edir.

Arian Tabatabay: "Bir tərəfdən İran razılaşma istəyir. Digər tərəfdən əmin olmaq istəyir ki, potansial təhlükəyə çevrilə biləcək razılaşma onun milli təhlükəsizliyi və hərbi obyektlərə, nüvə alimlərinə çıxışı bahasına başa gəlməyəcək."

Hər iki tərəfin ictimai bəyanatları danışıq taktikalarının, daxili siyasətin bir hissəsidir. Ancaq yaxın günlərdə ritorika danışıq otaqlarında yerini siyasi reallığa verəcək.

XS
SM
MD
LG