Accessibility links

İranla nüvə sazişini canlandırmaq üçün danışıqlar aparılır


ABŞ və İran aprelin 6-da Vyanada İranın nüvə proqramını məhdudlaşdıran 2015-ci il müqaviləsini sanksiyaların yüngülləşdirilməsi müqabilində canlandırmaq məqsədi ilə dolayı danışıqlara başlayır.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays aprelin 5-də keçirilən brifinqdə ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Mallinin Britaniya, Çin, Fransa, Almaniya və Rusiyanın İranla nüvə anlaşmasını canlandırmağa çalışdığı Vyana danışıqlarında ABŞ heyətinə rəhbərlik edəcəyini bildirib.

Ned Prays
Ned Prays

Dörd dünya gücü ABŞ-ı 2015-ci il müqaviləsi-Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qaytarmaq və İranı ona tam uyğunlaşdırmaq üçün yollar axtarır.

Prays danışıqların Avropa İttifaqının İran və JCPOA-nın qalan digər tərəfləri ilə təts edilən "işçi qrupları ətrafında qurulacağını" bildirib.

Aprelin 5-də Tehranda danışan İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İranın danışıqların ABŞ-ın qəddar sanksiyalarının ləğvi üzərində mərkəzləşməsini istədiyini bir daha təkrar edib.

“Biz ABŞ-ın bütün sanksiyalarının ləğvini əhatə edən yalnız bir addım axtarırıq. Bunun qarşılığında İran düzəliş tədbirlərini və tərs hərəkətlərini dayandırmağa hazırdır” - deyə, Xətibzadə bildirib.

Buşehr nüvə obyekti
Buşehr nüvə obyekti

İran uranın zənginləşdirilməsi və digər nüvə fəaliyyətlərinin geri çevilə biləcəyini iddia etdiyi bərpa tədbirlərə istinad edib.

Ancaq bəzi Qərb nüvə mütəxəssisləri İranın həssas nüvə qabiliyyətindəki son inkişaflarının ən azından bir hissəsinin asanlıqla geri alına bilməyəcəyini deyir.

Prays Vyana danışıqlarından gözləntiləri azaltmağa çalışaraq, ABŞ-ın erkən və ya dərhal irəliləyişləri gözləmədiyini deyib.

Birləşmiş Ştatlar 2018-ci ildə Tehrana qarşı yenidən iqtisadi sanksiyalar tətbiq edən keçmiş prezident Donald Trumpın hakimiyyəti dövründə nüvə razlaşmasından birtərəfli qaydada çıxıb.

İran buna uran zənginləşdirilməsinin səviyyəsini artırmaq da daxil olmaqla, müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən tədricən geri çəkilməklə cavab verib.

ABŞ prezidenti Co Bayden razılaşmanın canlandırılmasına hazır olduğuna işarə edib, lakin onun administrasiyası İranın əvvəlcə nüvə öhdəliklərinə qayıtmalı olduğunu bildirib.

XS
SM
MD
LG