Accessibility links

İranın neft naziri: Bəzi OPEC ölkələri ABŞ siyasətinə müvafiq hərəkət edirlər


İranın neft naziri Bijan Zanganeh
İranın neft naziri Bijan Zanganeh

İranın neft naziri Bijan Zanganeh Xaneye Mellat xəbər agentliyinə cümə günü deyib ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bəzi üzvləri Birləşmiş Ştatların siyasətinə müvafiq hərəkət edirlər.

“Bəzi üzvlər OPEC-in gündəlik istehsal ilə bağlı sonuncu qərarını müxtəlif cür interpretasiya edirlər... və ABŞ-ın siyasətinə müvafiq hərəkət edirlər.” - deyə Zanganeh bildirib.

Neft İxrac Edən Ölkələr Təşkilatının Rusiya və digər neft istehsal edən ölkələr ilə iyul ayıından etibarən istehsalın artırılması ilə bağlı razılıq əldə edib. İranın əzəli rəqibi Səudiyyə Ərəbistanı da dəqiq bir rəqəm qeyd etməsə də, istehsalı əhəmiyyətli dərəcədə artıracağına söz verib.

İran bildirir ki, OPEC heç bir üzv ölkənin neft ixracı payını əlindən alınmasına imkan verməməlidir. Bununla İran ABŞ-ın sanksiyaları zamanı Səudiyyə Ərəbistanının daha çox xam neft istehsal edəcəyi ilə bağlı narahatlığını ifadə edib.

XS
SM
MD
LG