Accessibility links

İran müxalifətinin liderləri 12 iyun seçkilərinin ildönümü münasibətilə nümayişlərə çağırırlar


Müxalifətin Sahamnews.com veb səhifəsində verilmiş məlumat əsasən, keçmiş baş nazir Mir Hüseyn Musəvi və islahatçı lideri Mehdi Kərrubi insanların kütləvi aksiyalara çağırırlar

İranın iki aparıcı müxalifət lideri iyun ayının 12-də prezident Mahmud Əhmədinejadın ikinci dönəm prezident seçilməsilə nəticələnmiş mübahisəli seçkilərin ildönümü nümayişlər keçirməyə çağırır.

Müxalifətin Sahamnews.com veb səhifəsində verilmiş məlumat əsasən, keçmiş baş nazir Mir Hüseyn Musəvi və islahatçı lideri Mehdi Kərrubi insanların kütləvi aksiyalara çağırırlar.

Veb səhifədə habelə onların nümayişlər üçün icazə almaq ahqda müraciət edəcəkləri bildirilir.

Keçən ilin iyun ayından hökumətin müxalifətin nümayişlərini dağıtması nəticəsində 80 nəfər həlak olmuş, yüzlərlə fəal həbs edilmişdir.

XS
SM
MD
LG