Accessibility links

İran Azərbaycanında pandemiyanın son durumu


İranın Şərqi Azərbaycan valiliyinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini vilayətin Əcəbşer, Tufarqan (Azərşəhr), Sarab və Culfa şəhərlərinin narıncı vəziyyətdə olduğunu bildirilir.

İranda COVİD-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Keçən ay bu kateqoriyalara mavi rəng artırılıb. Sarı şəhərlərdən daha az məhdudiyyət qoymaq üçün mavi rəng təyin edilib. Mavi şəhərlərdə bütün iş yerləri elan edilmiş sağlamlıq protokollarına uyğun olaraq fəaliyyət göstərə bilər.

Təbriz Tibb Elmləri Universitetinin sədrinin açıqlamalarına görə, hal-hazırda Təbriz, Əhər, Bostanabad, Binab, Şəbistər, Marağa, Mərənd, Məlik Kəndi (Məlikan) və Miyana şəhəri sarı və əhalisi az olan Üskü, Çaroymaq, Sərəskənd (Həştrud), Kəleybər, Horand, Xudafərin, Heris və Vərziqan şəhərləri isə mavi kateqoriyalardadır.

Qərbi Azərbaycan vilayətinin Tibbi Elmlər və Səhiyyə Xidmətləri Universitetinin sədri, həkim Cavad Ağazadənin dediyinə görə, son statistikalara görə, bu vilayətdə kəskin tənəffüs sindromu diaqnozu qoyulmuş 443 nəfər xəstəxanaya yerləşdirilib və müalicə olunur. Son 20 günə ərzində Qərbi Azərbaycanda COVİD-19 xəstələrinin sayı 333 nəfər idi.

İran Azərbaycanının Zəncan vilayətinin Tibb Elmləri və Tibbi Xidmətlər Universitetinin sədri ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin açıqladığı son vəziyyətə istinadən, Zəncanın beş şəhərinin sarı və digər üç şəhərinin vəziyyətinin mavi rəngdə olduğunu bildirib.

Pərviz Qızılbaşın dediyinə görə, Zəncan, Əbhər, Xudabəndə, Xurrəm Dərə və Tarım şəhərinin vəziyyəti sarı və İcrud, Sultaniyyə ilə Mahnişan şəhərlərinin də vəziyyəti sarı rəngdədir.

Qızılbaş COVİD-19 xəstəliyinin yayılmasından bir il sonra Zəncan vilayətində bu xəstəlik səbəbindən 1150 nəfərin öldüyünü bildirib.

İran Azərbaycanın Ərdəbil vilayətinin Tibb Elmləri və Tibbi Xidmətlər Universitetinin sədri Şəhram Həbibzadə isə İRNA xəbər agentliyi ilə müsahibədə, bu vilayətdəki Ərdəbil, Xalxal, Meşkinşəhr və Parsabad şəhərinin vəziyyətini sarı və Biləsuvar, Səreyin, Aslanduz, Kövsər, Nəmin, Ənqut ve Germi şəhərlərinin də vəziyyətinin mavi rəngdə olduğunu bildirib.

Həbibzadənin dediyinə görə, son 11 ay ərzində vilayətdə 1377 nəfər COVİD-19 xəstəliyi səbəbi ilə həyatını itirib.

Rəsmilər pandemiya vəziyyətinin vətəndaşlar tərəfindən normal hesab etmələrini təhlükəli bilib, xəstə və ölüm sayının artmasına səbəb olduğunu qeyd edib. Mütəxəssislər ümumi vaksinasiyaya qədər sağlamlıq protokollarına riayət etməklə yoluxma hallarını azaltmaq və xəstəlik zəncirini kəsmək üçün yeganə yol olduğunu qeyd edirlər.

İranda 4-cü yoluxma dalğası xəbərdarlığı ilə yanaşı yenidən qırmızı kateqoriyaya yüksələn 9 vilayəti arasında epidemiyanın ən təhlükəli vəziyyəti Xuzistan vilayətində müşahidə edilir.

Son günlərdə İran Səhiyyə Naziri Nəməki koronavirusun mutasiya olmuş variantının bütün ölkəyə yayıldığını açıqlayaraq, ölkə vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG