Accessibility links

İran Trampın nüvə sazişindən çıxmaq qərarına qəzəbli reaksiya verib


İran ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmaq qərarına qəzəbli reaksiya verib. İranlı deputatlar parlamentdə ABŞ bayrağını yandırıb, “Amerikaya ölüm!” şüarı səsləndirib.

Parlamentin spikeri Əli Laricani deyib ki, indi sazişin qorunmasına görə məsuliyyət Avropa Birliyinin, hələ də sazişdə qalan digər ölkələrin üzərinə düşür.

Tramp-ın nüvə sazişindən çıxması diplomatik şou idi… Hazırda İranın öhdəliklərinə əməl etmək məcburiyyəti yoxdur. Görünür, Tramp yalnız güc dilini anlayır”- deyə, Laricani parlamentdə deyib.

İranın ali dini lideri Əli xameneyi Trampın “səhvə yol verdiyini” deyib.

Fransa isə bildirir ki, Birləşmiş Ştatların çıxmasına baxmayaraq, İranın nüvə sazişi “ölü deyil”.

ABŞ prezidenti Birləşmiş Ştatların İranla bağlanmış 2015-ci il nüvə sazişində qalmayacağı barədə qərarını dünən bəyan edib.

O, İsrailin İranın nüvə fəaliyyətlərinə dair təqdim etdiyi dəlillərin o ölkənin yalan danışdığını sübut etdiyini deyib. Tramp Tehranın nüvə silahı istehsalı cəhdlərini davam etdirdiyini bildirib.

ABŞ dövlət başçısı nüvə sazişinin tarixdə yol verilən ən böyük fəlakət adlandırıb.

"Mən əvvəllər də dəfələrlə sazişdəki qüsurlar aradan qaldırılmasa, ABŞ-ın sazişdən çıxacağını söyləmişdim"- deyə prezident bildirib.

"Mən bu gün bəyan edirəm ki, Amerika sazişdən çıxır. Biz İrana yardım edən ölkələrə ən ağır sanksiyalar tətbiq edəcəyik. Biz İran rejiminə "Amerikaya ölüm" deməsi ilə yanaşı nüvə silahı istehsal etməsinə yol verməyəcəyik!...Biz sazişdən çıxdıqdan sonra müttəfiqlərimizlə İranın nüvə fəaliyyətlərinə son qoyulmasına çalışacağıq...", Tramp əlavə edib.

İran xalqın müraciət edən Tramp ölkənin gələcəyinin İran xalqına məxsus olduğunu önə çəkib.

Donald Tramp bu sazişlə bağlı narazılığını dəfələrlə ifadə edərək, Avropa müttəfiqlərinə sazişdəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün mayın 12-dək vaxt verib.

İranın üzərindən ABŞ sanksiyalarının qaldırılma müddəti məhz mayın 12-də bitir.

Avropa liderləri Trampa razılıqdan çıxmaması üçün təzyiq göstərirdi.

XS
SM
MD
LG