Accessibility links

İranın peyk daşıyan raketi fəzaya buraxdığı haqda məlumat verilir


İranın dövlət televiziyasının verdiyi məlumata görə, İran peyk daşıyan raketi müvəffəqiyyətlə fəzaya buraxıb.

Dövlət televiziyasına əsasən, Simürq tipli raket 250 kiloqram çəkidə olan peyki daşımaq qabiliyyətinə malikdir. Rəsmi məlumatlarda raketlə bağlı detallar dəqiqləşdirilməyib.

İranın dövlət televiziyası ilə bağlı olan YJC.ir veb səhifəsi, eləcə də yarı-rəsmi Fars agentliyi də raketin müvəffəqiyyətlə fəzaya buraxıldığı haqda məlumat verib.

Bu inkişaflar Birləşmiş Ştatların İranı ballistik raket sınaqlarına görə tənqid etdiyi bir vaxta təsadüf edir.

Bu kimi testlərin keçirilməsinə İranla dünyanın altı qüdrətli dövləti arasında 2015-ci ildə imzalanmış razılığa əsasən icazə verilir. Lakin Amerika rəsmiləri bunun razılığın ruhuna zidd olduğunu bəyan edir. Razılaşmaya əsasən, İran İslam Respublikasının beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdırması nəzərdə tutulur.

İran illərdir peyk proqramını inkişaf etdirir. ABŞ və onun müttəfiqləri eyni texnologiyalardan uzun mənzilli raketlərin inkişaf etdirilməsi sahəsində də istifadə oluna biləcəyindən ehtiyat edir.

XS
SM
MD
LG