Accessibility links

İraqda yol qəzası nəticəsində 16 iranlı zəvvar həyatını itirib


Kərbəla. 1 sentyabr, 2023.
Kərbəla. 1 sentyabr, 2023.

İraq paytaxtı Bağdadın şimalında baş verən yol qəsazı nəticəsində əksəriyyəti iranlı zəvvar olmaqla 16 nəfər həyatını itirib. Bu barədə şənbə günü dövlət xəbər agentliyi İNA məlumat yayıb.

İNA-nın Səlahəddin vilayətinin səhiyyə xidmətləri üzrə direktoru Xalid Burhana istinadən bildirdiyinə görə, Ducəillə Samərra şəhərləri arasında baş verən “dəhşətli qəza” nəticəsində həmçinin 13 nəfər yaralanıb.

O, qəzanın səbəblərinin təfərrüatlarını açıqlamasa da, ölənlərin çoxunun İrandan gələn şiə zəvvarlar olduğunu deyib.

Bundan bir il öncə də, sentubarın 11-də 11 iranlı şiə zəvvar və onların yerli sürücüsü minik avtobuslarının Babil vilayətində yük maşını ilə toqquşması nəticəsində həyatını itirib.

Hər il, çoxu İrandan olmaqla, milyonlarla şiə zəvvar dünyanın ən böyük dini mərasimlərindən biri olan Ərbəin günü üçün Kərbəla şəhərində müqəddəs ziyarətgaha üz tutur.

Ərbəin günü İmam Hüseynin 680-cı ildə xəlif Yezidin qüvvələri tərəfindən öldürülməsinin 40-cı günü qeyd olunur.

İraq daxili işlər nazirliyinin cümə günü açıqladığı rəqəmlərə əsaəsən, bu il Ərbəin başlayandan bəri İraqa 2.6 milyon zəvvar səfər edib.

Bu il çərşənbə-cümə axşamı başa çatacaq Ərbərin zamanı İraqda tez-tez yol qəzaları olur.

Münaqişə, etinasızlıq və endemik korrupsiya neftlə zəngin İraqın infrastrukturunu, o cümlədən yolları və körpülərini yararsız vəziyyətə salıb. Səlahiyyətlilər həmçinin sürətin, mobil telefondan istifadənin və sayıq olmayan vəziyyətdə avtomobil idarə etmənin də qəzalara səbəb olduğunu deyir.

Səhiyyə nazirliyinin məlumatına görə, Ötən il İraqda yol qəzaları nəticəsində 4900 insan, yəni orta hesabla gündə 13 nəfər həyatını itirib.

Forum

XS
SM
MD
LG