Accessibility links

İran polisi gənc qadının ölümünə etiraz edənləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib


İranın qərbində Kürdüstan vilayətinin paytaxtı Sənəndac şəhərində bazar günü ardıcıl ikinci gecədir ki, insanlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq küçələrə çıxıb. Məhsa Əmini iddia edildiyi kimi hicab qaydalarını pozduğuna görə polis nəzarətinə götürüldükdən sonra ölüb.

İnternetdə yayımlanan videolarda nümayişçilər arasında bir qrup qadının hicablarını çıxararaq, açıq-aşkar Ali dini rəhbər Ayətulla Əli Xameneyini nəzərdı tutaraq, “Diktatora ölüm” şüarları səsləndirib.

Polisin etirazçıları dağıtmaq üçün havaya atəş açdığı və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib. İranın qərbində kürdlərin məskunlaşdığı ərazilərdə monitorinq aparan Henqaw insan haqları təşkilatının məlumatına görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün su şırnağından da istifadə edib. Bildirildiyinə görə, Sənəndəcdə azı 9 etirazçı yaralanıb.

Etirazlar Əmininin xəstəxanaya yerləşdirildikdən sonra komaya düşərək beyin fəaliyyəti göstərmədiyi üçün sentyabrın 16-da həkimlər tərəfindən öldüyü elan edildikdən üç gün sonra başlayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Əmini sentyabrın 13-də İranın qərbindəki Kürdüstan vilayətindən qohumları ilə görüşmək üçün Tehrana gedərkən əxlaq polisi tərəfindən həbs olunub.

Onun saxlanılmasını görən şahidlər jurnalistlərə bildiriblər ki, Əmini təcridxanaya aparılarkən polis maşınında döyülüb.

İran polisi bazar ertəsi Əminin ölümünü “bədbəxt hadisə ” adlandırıb və bunun təkrarlanması istəmədiyini bildirib.

Daxili işlər naziri Əhməd Vahidi Əmininin əvvəldən xəstəliyi olduğunu deyib və hicab polisinin “məhbusları döymək üçün alətləri yoxdur” deyə, iddia edib.

Hökumətin hədələrinə baxmayaraq, Kürdüstan, Qərbi Azərbaycan və Əlborz vilayətlərinin şəhərlərində Əminin ölümünə etiraz olaraq, şirkət və mağaza sahibləri tətil elan edib.

Əxlaq və ya Hicab Polisi kimi tanınan polis dəstələri İranda getdikcə aktivləşib və zorakılığa başlayıb. Sosial mediada məmurların qadınları saxladığını, zorla mikroavtobuslara mindirdiyini və oradan uzaqlaşdırdığını əks etdirən videolar yayılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya məktəbində 11-i uşaq olmaqla, 15 nəfər qətlə yetirilib
please wait

No media source currently available

0:00 0:13:09 0:00
XS
SM
MD
LG