Accessibility links

ABŞ İranı yeni müzakirələrə cəlb etmək üçün müttəfiq dəstəyi axtarır


ABŞ İranı nüvə silahlarının inkişafı və Yaxşın Şərqdəki hərbi əmliyyatlarına dair yeni müzakirələrə cəlb etmək üçün müttəfiq dəstəyi axtarır.

Dövlət katibi Mayk Popeo Avropa, Yaxın Şərq və Asiyadakı müttəfiqləri ilə İrana təsir məsələsini müzakirə etməyə hazırlaşır.

Mayk Pompeo
Mayk Pompeo

Bir gün əvvəl müdafiə naziri Cim Mattis Konqresdəki dinləmələr zamanı bildirib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə İranın heç vaxt nüvə silahı istehsal etməsinə yol verilmədiyində əmin olmalıdır.

Dövlət Departamentinin rəsmilərinə istinadən bildirilir ki, Britaniya, Almaniya və Fransa ilə müzakirələrə başlanılıb. Bu ölkələr İranla sazişi imzalayanlar arasındadır. Yaponiya, İraq və İsrail də daxil olmaqla, bu ölkələr Trampı sazişdə qalmasına razı sala bilməyib.

Cim Mattis
Cim Mattis

Rəsmilərin bildirdiyinə görə, müzakirələrin diqqət mərkəzində İranı konstruktiv danışıqlara cəlb etmək üçün təzyiq yolları yer alacaq.

Tramp artıq İrana qarşı yeni sanksiyaların tətbiq edləcəyini bildirib.

Daha əvvəlki sanksiyaların təsirindən zəifləyən İran iqtisadiyyatı daha ağır probelmlərlə üzləşə bilər.

XS
SM
MD
LG