Accessibility links

Dünya liderlərindən İran prezidentinin ölümünə reaksiyalar


Dünya liderlərindən İran prezidentinin ölümünə reaksiyalar
please wait

No media source currently available

0:00 0:03:02 0:00

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdullahiyanın helikopter qəzasında həlak olması bazar ertəsi dünya liderlərinin reaksiyasına səbəb olub. Pakistan, Rusiya və Livanın dövlət başçıları Rəisini hörmətli lider kimi xatırlayarkən, ABŞ onun insan haqlarının durumu ilə bağlı problemlərini qeyd edib.

Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdullahyanın bazar günü helikopter qəzasında həlak olması ilə əlaqədar İranda beş günlük milli matəm elan edilib.

Birləşmiş Ştatlar ölümlərlə bağlı rəsmi başsağlığı versə də, 1988-ci ildə siyasi məhbusların mühakimə olmadan öldürülməsi də daxil olmaqla, insan haqlarının pozulmasında Raisinin rolunu etiraf edib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller: "Biz hər hansı itkiyə görə təəssüflənirik. Heç kimin helikopter qəzasında öldüyünü görmək istəməzdiniz. Amma bu, onun həm hakim, həm də İran prezidenti kimi əlləri qan olması faktını dəyişmir".

İranın vitse-prezidenti, hazırda prezident səlahiyyətlərini icra edən Məhəmməd Moxber bu ölümlərin daxili iğtişaşlara səbəb olmayacağını deyib. Lakin mühacirətdə olan iranlılar bazar ertəsi bu ölümləri bayram kimi qeyd edərək, bunun bir dəyişiklik ola biləcəyini deyib. İran Milli Müqavimət Şurasından Cavad Dabiran: "Bu, şübhəsiz ki, İranda indiyə qədər etiraz edən insanlar üçün ümidverici bir haldır. Bu, şübhəsiz ki, İrandakı müqavimət üçün irəliyə bir addım olacaq."

Bir analitik Amerikanın Səsinə deyib ki, Rəisinin ölümünün ABŞ-İran münasibətlərinə ciddi təsiri olmayacaq. Yaxın Şərq İnstitutunun İran Proqramı-ndan Aleks Vatanka: "İran və İslam Respublikası kontekstində və ABŞ-İran münasibətləri kimi çox vacib məsələlər onlardan biridir. O, ən vacib səsə malik deyildi. Bu, İranın lideri Ayətullah Əli Xameneyinin özündə saxladığı məsələdir".

Dünyanın başqa liderləri Rəisi üçün yas tutur. Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan: "Bu faciəvi qəzaya görə dərin kədər hissi keçirdiyimizi bildirmək istərdim."

Pakistan Raisinin şərəfinə ölkədə bir gün matəm elan edib. Pakistanın xarici işlər naziri İshaq Dar: "İslam ümməti (müqəddəs icma) üçün çox kədərli bir gündür. Biz hamımız, İslam ümmətinin böyük müsəlman ölkələri olan Türkiyə, və Pakistan kədər içindəyik."

Rusiya dövlət televiziyasının aparıcısı Daria Kozlova prezident Vladimir Putinin Raisiyə ehtiramını ifadə etdiyini paylaşıb. "Rusiya lideri qeyd edib ki, İranın xarici işlər naziri görkəmli siyasətçi olub və Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib və bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib".

Çinin Xarici İşlər Nazirliyi isə Rəisinin Çin və İran arasındakı ittifaqda mühüm rol oynadığını bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin: "Prezident Rəisi İranın təhlükəsizliyinin və sabitliyinin qorunmasına, ölkənin inkişafı və rifahının təşviqinə mühüm töhfələr verib. O, həmçinin Çin və İran arasında hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi və inkişafı üçün böyük səylər göstərib".

İranda yeni prezidenti seçmək üçün 50 gün ərzində seçkilər keçiriləcək.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG