Accessibility links

İranda seçkilər keçirilir


İranda hökümətin güclü nəzarəti altında prezident seçkiləri davam edir.

İran xəbər agentliklərinin məlumatına görə rəsmilər seçicilərin iştirakında yüksək fəallığı nəzərə alaraq səsvermə vaxtını uzadıblar. İran əhalisinin təxminən 55 milyonu səsvermə hüququna malikdir.

Vətandaşlar İranı idarə edən din xadimlərindən ibarət şura tərəfindən təsdiq edilən altı namizəd arasında seçim edir. Prezidentliyə namizədlərin hökuməti dəstəkləyən və ali dini rəhbərə yaxın olan sərt xətt tərəfdarı olduğu hesab edilir.

İranın ali dini lideri Ayətullah Əli Xomneyi Tehranda səs verib. Daha sonra o, ABŞ-ın seçki prosesini tənqid etməsini rədd edərək bildirib ki, Tehranın bu tənqidləri qəbul etməsi İranın məğlub olması deməkdir.

İran sərhədlərinin çox hissəsini bağlayıb, dissidentləri nəzarət altına alıb və bir çox jurnalistləri həbs edib.

Xarici xəbər agentlikləri seçki prosesini işiqlandırmaq üçün vizaya müraciət etdiklərini, ancaq hökümət tərəfindən qəbul edilmədiklərini deyiblər.
XS
SM
MD
LG