Accessibility links

İranın yeni seçilmiş prezidentindən gözləntilər


İranın yeni seçilmiş prezidentindən gözləntilər
please wait

No media source currently available

0:00 0:03:23 0:00

İranın yeni seçilmiş prezidentindən gözləntilər

İranın yeni seçilmiş prezidenti 2015-ci ildə nüvə sazişinə dəstəyini təkrarlayıb və Körfəz bölgəsində ərəb qonşuları ilə münasibətlərini sabitləşdirəcəyini vəd edib. İndi dünya İbrahim Rəisidən nə gözləyir.

İranın prezidenti seçilmiş İbrahim Rəisi rejimə sadiqliyi və Qərbin uzunmüddətlı tənqidçi kimi tanınır. İran 1979-cu il İslam inqilabında fəallıq nümayş etdirən Rəsini məhkəmə sisteminin başçısı vəzifəsinə yüksəltmişdi.

Təhlilçi Aleks Vatankanın fikrincə, prezidentin ofisi onu həqiqi siyasi hakimiyyət kimi mükafatlandırmayacaq.

"Kursu dəyişdirə biləcəkmi, ölkəni fərqli bir istiqamətə aparacaqmı? Heç də deyil, onun bu gücü yoxdur."

Bunun əvəzinə, gücə İranın ali ruhani lideri Ayətullah Əli Xameneyi sahibdir.

Xameneyi protejesi Rəisi vasitəsi ilə 2015-ci il İran nüvə sazişinin dirçəlməsinə dəstək verdiyi bildirib. Sabiq ABŞ prezidenti Donald Tramp sazişdən 2018-ci ildə çıxıb.

Tənqidçilər deyir ki, Vaşinqton sazişə qayıtmaqda ehtiyatlı olmalıdırlar.

"Xameneyi indi rahatdır, maskaya ehtiyacı yoxdur və İslam respublikasına kosmetik dəyişikliklər etmək üçün məzmunu da yoxdur, çünki ABŞ-ın nüvə sazişini canlandırmaq maraqında olduğunu bilir" - deyə, Demokratiyanın Müdafiəsi Fondundan Behnam Ben Taleblu bildirib.

İran və altı dünya gücü arasında Vyanada keçirilən nüvə danışıqları hazırda təxirə salınıb.

Rəisi çox ehtimal ki, yeni bir müzakirə qrupu təyin edəcək, lakin İranın xarici siyasətində böyük dəyişiklik olmayacaq.

"İranlılar yalnız prezident seçdiyi üçün Vyananı tərk etmək niyyətində deyillər. Onlar qeyd edib ki, Çinlə mart ayında imzalanan 25 illik strateji sövdələşməni davam etdirməyə çox can atır - bu nə deməkdirsə, gözləyib görəcəyik" - deyə, yaxın Şərq İnstitutunun İran proqramının direktoru Aleks Vatanka bildirib.

Raisi bölgədəki ərəb rəqibləri ilə münasibətləri sabitləşdirmək istədiyini deyib.

"Bəlkə Əbu Dabi və Ərəb dünyasının digər üzvləri Rəisini Ayətullah Xameneyinin üzü olduğu üçün daha ciddi qəbul edəcəklər" , Vatanka əlavə edib.

Hüquq müdafiəçiləri Rəisinin 1988-ci ildə minlərlə siyasi məhbusun edamına hökm çıxaran dörd hakimdən biri olduğunu deyir. O, hələ də ABŞ-ın sanksiyaları altındadır.

"1980-ci illərin sonlarında Tehranda kütləvi edamlara hökm verən birisi ilə əməkdaşlıq Vaşinqton üçün müdrik bir hərəkət kursu olmayacaq" - deyə, Behnam Ben Taleblu bildirib.

Fransada yaşan iranlı analitik Mahnaz Şirəli deyir ki, ölkənin gələcəyini müəyyən etmək üçün İran xalqı səfərbər olacaq.

"Düşünürəm ki, nümayişlərdən uzaq deyilik. Düşünürəm ki, İran cəmiyyəti öz içərisində ciddi addımlara hazırdır, buna görə də bu seçkinin ardından hərəkətə keçmək qabiliyyətinə inanan xalq bu qədər ədalətsizliyə dözməyəcək."

Lakin təhlilçilər Prezident Rəisi hakimiyyəti altında da siyasi müxalifətin hər bir əlamətinin əzilməkdə davam edəcəyini düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG