Accessibility links

İran: ABŞ-la məhbus mübadiləsi iki ay çəkə bilər


İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani

İran bazar ertəsi bildirib ki, ABŞ-la razılaşdırılan məhbus mübadiləsini başa çatdırmaq üçün iki aya qədər vaxt çəkə bilər.

"Müvafiq orqanlar tərəfindən konkret müddət açıqlanıb və bu prosesin baş tutması üçün maksimum iki ay vaxt lazımdır", İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.

Bu ayın əvvəlində Tehran və Vaşinqton hər iki tərəfin ölkənin 5 vətəndaşını azad etmək barədə razılığa gəlib. Bundan əlavə, ABŞ Cənubi Koreyada saxlanan İrana mıxsus 6 milyard dollarlıq aktivləri azad etməyə razılıq verib.

Cənubi Koreya mediası bazar ertəsi bildirib ki, İranın aktivləri mübadilə və İrana köçürülməsi üçün keçən həftə İsveçrənin mərkəzi bankına verilib.

Məhbuslardan birinin vəkilinin bildirdiyinə görə, İran Tehranın Evin həbsxanasında saxladığı 4 ABŞ vətəndaşını ev dustaqlığına buraxıb. Beşinci məhbus isə artıq ev dustaqlığında idi.

Forum

XS
SM
MD
LG