Accessibility links

“Yatan millət, çəkər zillət” - Ərdəbil küçələrində ərzağın bahalaşmasına etiraz olunub


Ərdəbil - 13 May 2022

Sosial şəbəkələr və internet səhifələrində yayılan görüntülər İranın müxtəlif vilayətlərində əsas qida məhsullarının bahalaşması fonunda küçə etirazlarının təşkil olunduğunu göstərir. Bəzi şəhərlərdə prezident İbrahim Rəisi və ali lider Seyyid Əli Xameneiyə qarşı şüarlar səsləndirilib.

Mayın 13-də Ərdəbilin Şəriəti Meydanında təşkil olunan etiraz aksiyası dəyənəkdən istifadə edən polis qüvvələrinin sərt müdaxiləsi ilə dağıdılıb. Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, az iki etirazçı saxlanılıb.

Ərdəbildən göndərilən videogörüntülərin birində etirazçıların “yatan millət, çəkər zillət” şüarını səsləndirdikləri eşidilir. Etirazçılar həmçinin şüarlar səsləndirərək polis qüvvələrindən istəyirlər ki, aksiyaya müdaxilə etmək yerinə əhalinin yanında olsunlar.

İran dövlətinin qida fabrikləri və bəzi çörək zavodlarının subsidiyasını ləğv etməsinin ardınca un, habelə çörək, makaron, qənnadı məmulatları kimi un məhsullarının qiyməti kəskin şəkildə bahalaşıb. Dövlət problemi ənənəvi çörək subsidiyası və kupon sistemi ilə həll edəcəyini vəd edib. Açıqlamalara görə, ödəniləcək çörək subsidiyası adambaşına günlük 250 qram çörəyə bərabərdir.

Un və un məhsullarının qiymətində kəskin artım fonunda Şərqi Azərbaycan vilayətinin polis idarəsi və digər dövlət qurumları çörək dükanlarına nəzarətin gücləndirilməsi yönündə birgə fəaliyyətə başlayıblar. Vilayətdə çörək mağazalarına nəzarət üçün 45 təftiş komandasının təyin edildiyi açıqlanıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG