Accessibility links

İranın etirazlara həmrəylik ifadə edən məşhurları həbs edilir


İranın futbol əfsanəsi Əli Dayi
İranın futbol əfsanəsi Əli Dayi

Dövlət mediasının noyabrın 20-də bildirdiyinə görə, İranın etirazlara həmrəylik ifadə etmək üçün ictimai yerlərdə baş örtüyünü çıxaran iki tanınmış aktrisası həbs edilib. Dövlət İRNA xəbər agentliyi Henqami Qaziani və Kətayun Riyahinin sosial mediada "təxribat xarakterli" paylaşımları və media fəaliyyətləri ilə əlaqədar prokurorluğa çağırıldıqdan sonra həbs edildklərini bildirib.

İranlı idmançılar arasında da ölkəni aylardır sarsıdan anti-hökumət etirazları ilə həmrəy olanların sayı getdikcə artır. Onlar milli himni oxumaqdan və ya qələbələrini qeyd etməkdən imtina edir. Qadın idmançılar da milli və beynəlxalq yarışlarda məcburi baş örtüyünü çıxarıb.

Sosial şəbəkələrə yüklənən videolarda İranın basketbol, futbol və su polosu milli komandalarının üzvlərinin xaricdə keçirilən oyunlarda milli himni oxumaqdan imtina etdiklərini görmək olub. İranlı oxatan qadın Tehranda keçirilən yarışmadan sonra baş baş örtüyünü çıxarıb. Daha sonra o, üzr istəyib və bəziləri ona təzyiq göstərildiyini deyib. Keçən ay iranlı alpinist Elnaz Rekabi də Cənubi Koreyada baş örtüyü olmadan yarışıb. Lakin o da sonradan üzr istəyib.

İranın futbol əfsanəsi Əli Dayi FİFA-nın Qətərdə keçiriləcək Dünya Çempionatına dəvətini rədd etdiyini bildirib. O, "soydaşlarımın yanında qalmaq və yaxınlarını itirən ailələrə başsağlığı vermək" istədiyini deyib. Keçmiş futbolçu Əli Kərimi də FİFA-nın dəvətini rədd edərək, "iranlılar çox çətin dövr yaşayır" - deyə, bildirib.

Dövlət mediası xəbər verib ki, Urmiyə şəhərinin şimal-qərbindəki bir din xadimi cümə namazı zamanı "dövlət himnini oxumaqdan imtina edən idmançılar cəzalandırılmalıdır" deyib.

XS
SM
MD
LG