Accessibility links

İranda etirazlar zamanı öldürülən Həmidrza Ruhinin xatirəsi anılıb


Şəhri Ziba məhəlləsində etirazlar (Mənbə: Sosial media)
Şəhri Ziba məhəlləsində etirazlar (Mənbə: Sosial media)

Aprelin 5-də İranın paytaxtı Tehranın qərbindəki Şəhri Ziba məhəlləsində etirazçılar küçələrə çıxaraq Həmidrza Ruhinin doğum gününü anıblar. Ruhi hökumət əleyhinə nümayişlərin dövlət tərəfindən amansız şəkildə yatırıldığı vaxt öldürülən yüzlərlə fəallardan biri idi.

19 yaşlı universitet tələbəsi Ruhi noyabrın 18-də Tehrandakı evinin yaxınlığında güllələnmişdi.

Aprelin 5-də internetdə yayılan həvəskar videolarda nümayişçilərin hakimiyyət əleyhinə "Diktatora ölüm" və "Həmidrza ölməyib, ölən Seyid Əli Xameneyidir" şüarları ilə yanaşı, "Azadlıq, Azadlıq" çağırışlarını da eşitmək olub.

Ruhinin öldürülməsinə etiraz edən qadınlar "Qadın, Həyat, Azadlıq" şüarları səsləndirərkən islamçı rejim tərəfindən məcburi şəkildə qadınlara tətbiq edilən baş örtüklərini çıxarıb.

Xəbərlərdə etirazçıların Ruhinin evinin ətrafında təhlükəsizlik qüvvələrinin sıx olmasına baxmayaraq, onun xatirəsinin anıldığı deyilib. Bəzi məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar olub.

Ruhinin qardaşı sosial şəbəkədə bildirib ki, təhlükəsizlik qüvvələri Ruhinin 20 yaşını qeyd edən ailəsinin evlərinin qarşısına qoyduğu fotoları yığışdırıb.

İnsan haqları qruplarının bildirdiyinə görə, İranda hakimiyyət əleyhinə nümayişlərin yatırılması zamanı uşaqlar da daxil olmaqla, 500-dən çox insan həlak olub. Təxminən 20,000 nəfərin həbs edildiyi bildirilib.

İranın məhkəmə sistemi etirazlar zamanı cinayət törətməkdə təqsirli bilinənlərə ağır cəzalar veriləcəyi barədə xəbərdarlıq edib və indiyədək etirazlarla əlaqəli azı dörd nəfər edam edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG