Accessibility links

İran prezidenti Qərbi 2015-ci il nüvə razılaşmasını bərpa etməyə çağırıb


İran Prezidenti Həsən Ruhani çərşənbə günü 1979-cu il İslam İnqilabının ildönümündə “sanksiyalar dövrü”nün bitdiyini elan edərək, Qərb ölkələrini 2015-ci ildəki nüvə razılaşmasını yenidən bərpa etməyə çağırıb.

"Yeganə yol şübhəsiz ki, diplomatiya yoludur. Yeganə yol - dünyanın İranla razılaşma əldə etməsidir. İnşallah bu yolda uğurlu olacağıq" - deyə, Ruhani televiziya ilə müraciətində bildirib.

Ruhani ABŞ və sazişi imzalayan digər qlobal güclərin eyni addımı atdığı zaman onun ölkəsinin də razılaşmaya tam əməl edəcəyini deyib.

Müqaviləyə əsasən, İranın uran zənginləşdirməsini məhdudlaşdırdığı təqdirdə Tehrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılması nəzərdə tutulurdur. 2015-ci ildə əldə edilən razılıq sabiq Prezident Donald Trampın üç il sonra ABŞ-ı paktdan çıxarmasından sonra pozulub.

İran prezidenti ABŞ-da noyabr ayında prezident seçkilərində Co Baydenə məğlub olmuş Trampı “tanrı devirdi” deyib.

Bayden müqaviləni yenidən canlandırmaq istədiyini, lakin bunun üçün İranın tələblərə əməl etməli olduğunu bildirib.

İkinci və son prezidentlik müddəti İran konstitusiyasına əsasən iyun ayında bitən Ruhani bu açıqlamaları Qərbin dəstəklədiyi monarxiyanın İslam respublikası ilə əvəz edildiyi inqilabın 42-ci ildönümü münasibətilə çıxışı zamanı verib.

Koronavirus pandemiyası səbəbindən inqilabın ildönümündə ölkədə ənənəvi olaraq keçirilən kütləvi paradlar və digər tədbirləri ləğv edilib və avtomobil kortejləri və virtual tədbirlərlə əvəz edilib.

XS
SM
MD
LG