Accessibility links

İranlı dissidentə həbsxana müddətindən öncə keçiriləcək əməliyyatdan sonra tam sağalmaq üçün kifayət qədər vaxt verilmir


İran hökuməti bu yaxınlarda üç ildən çox müddətə azadlıqdan məhrum edilən dissident qadına həbs müddətinin başlamasından əvvəl bel nahiyyəsində keçirilməsi lazım olan əməliyyatdan sonra sağalmaq üçün cəmi iki ay vaxt veriləcəyini bildirib.

Dissident Şəhla Cahanbinin vəziyyəti ilə tanış olan İrandakı bir mənbə bazar ertəsi Amerikanın Səsinin fars şöbəsinə verdiyi müsahibəsində Cahanbinin İranın Ədliyyə sisteminin Hüquq Tibb İdarəsi tərəfindən ona bel nahiyyəsində əməliyyat keçirilməsi lazım olduğunu bildirən məktubu təqdim etmək üçün keçən həftə Tehranın Evin həbsxanasına getdiyini bildirib.

Tehranda xəstə anasına baxan Cahanbinin həm boyun, həm də çiynindəki oynaqlara təsir göstərən osteoartrit də daxil olmaqla, bir sıra sağlamlıq problemləri var.

Cahanbin 2019-cu ilin avqust ayının 19-u İranın ali dini rəhbəri Ayətulla Əli Xameneiyinin istefasını tələb edən açıq məktubu imzalamış 14 iranlı qadından biridir. İmza atan qadınlar yazırdı: "Biz insani dəyərlərimizi məhv edən və qadın əleyhinə olan bu rejimə qarşı çıxıraq, İslam Respublikasından bütünlüklə çıxılması və qadın ləyaqətinin, şəxsiyyətinin və bərabər hüquqların olduğu bir dövlətin qurulması üçün yeni konstitusiya layihəsinin hazırlanmasını tələb edirik" - deyə, məktubda bildirilib.

Cahanbin 2019-cu ilin avqust ayının 21-də nəzarət altına alınıb. Daha sonra ona və məktubu imzalayan digər qadınlara qarşı dövlətə qarşı "təbliğat" və milli təhlükəsizliyə qarşı "toplaşma və sui-qəsd" ittihamları irəli sürülüb.

Noyabr ayında pul müqabilində zaminə buraxıldıqdan sonra İran məhkəmə orqanları onu hər iki cinayətdə müqəssir tanıyıb və fevral ayında ona üç il yarım həbs cəzası verib.

Cahanbin özünü günahkar tanımır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG