Accessibility links

Sonay Ruhi: İranda qadının özünə-inam hissini öldürüblər [Audio-Müsahibə]


Sonay Ruhi
Sonay Ruhi

“Təəsüf ki, illərdir qadınlarda özünə-inam hissini öldürüblər, danışmalarına icazə vermədikləri üçün danışma qabiliyyətlərini öldürüblər,” deyə Sonay Ruhi İran Azərbaycanında qadınların məruz qaldığı məhdudiyyətləri təsvir edir. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Amerikanın Səsinə müsahibə verən təbrizli sənətçi İranda hakimiyyət və toplumun qadınlara münasibətini, ələlxüsus incəsənətlə məşğul olan qadınların üzləşdiyi çətinlikləri şərh edib.

Sonay Ruhi İranda qadınların durumu haqda danışır
please wait

No media source currently available

0:00 0:16:48 0:00

Ailəsi ilə bərabər Türkiyədə mühacirətdə yaşayan təbrizli müğənni qadınların İranda hakimiyyətdən əlavə toplum və bəzən ailə tərəfindən belə ciddi təzyiqlərə məruz qaldığını vurğulayır.

Bizim çətinliklərimizin cinsi bir başqadır, fərqlidir. Bizim özəlliklə öz dilimizdə fəaliyyətimiz məhdudlaşdırılır.
Sonay Ruhi

“Ümumiyyətlə bizim qadınların ən ciddi problemi fürsətlərinin məhdud olmasıdır. Fürsətlər daha çox kişilər üçündür... Məhdudiyyətlər bütün sahələrdə var, dövlət həm də toplum və millət tərəfindən. Bəzən ailələr də məhdud edirlər. Belə toplumlarda qadınlar özlərinə inamı itirib, xəlvətlərə çəkilirlər, özlərini ifadə edə bilmirlər.”

Bu xüsusda öz təcrübələrini Amerikanın Səsi ilə paylaşan Sonay Ruhi deyir ki, həyat yoldaşının dəstəyi olmadan həmin çətinlikləri aşa bilməzdi.

İranın islamçı hökuməti qadınların başıaçıq gəzməsinə, bir çox fundamental sosial hüquqlarına qadağalar qoyub.
İranın islamçı hökuməti qadınların başıaçıq gəzməsinə, bir çox fundamental sosial hüquqlarına qadağalar qoyub.

“Evliliyimiz mənim onun sənətinə, onun da mənim sənətimə dəyər verməsi əsasında qurulub. Elə zamanlar olmuş ki fəaliyyətdən yorulmuşam... [İranda] səhnəyə çıxa bilmirsən. Bəzi ailələrin içində ouxuyursan, amma onlar, hətta qadınlar sənə bəzən başqa gözlə baxırlar. Ondan yorulursan... O yorğunluq çox pisdir. Yəni öz həmcinsin tərəfindən başqa rəftar görəndə, bu daha çox yorur... Ancaq həyat yoldaşım hər zaman məni dəstəkləyib. Elə olmasaydı, mən davam gətirə bilməzdim,” xanım Ruhi söyləyir.

O, bu durumun qadınların maariflənmədiyi səbəbilə ortaya çıxdığını önə çəkir.

Məhdudiyyətlər bütün sahələrdə var, dövlət həm də toplum və millət tərəfindən. Bəzən ailələr də məhdud edirlər. Belə toplumlarda qadınlar özlərinə inamı itirib, xəlvətlərə çəkilirlər, özlərini ifadə edə bilmirlər.
Sonay Ruhi

“Qadına qarşı basqı bütün İran coğrafiyasını əhatə edir, amma bu basqıların cinsləri fərqlidir... Misal üçün Tehranda bir qadın səhnə ala bilir. Səhnə ala bilməsə də yeraltı fəaliyyətləri olur. Erkəklər onları dəstəkləyir. Başqa şəhərlərdə bu imkanlar yoxdur. Bizim çətinliklərimizin cinsi bir başqadır, fərqlidir. Bizim özəlliklə öz dilimizdə fəaliyyətimiz məhdudlaşdırılır,” deyə təbrizli sənətçi bəyan edir.

Sonay Ruhi həmçinin Təbriz və Azərbaycan Respublikasında aldığı musiqi təhsili və Türkiyədəki fəaliyyətlərini təsvir edib.

XS
SM
MD
LG