Accessibility links

İranda yağan güclü qar Elbrus dağında 12 alpinistin ölümünə səbəb olub


İranın kütləvi informasiya agentliklərinin bazar günü bildirdiyinə görə, güclü qar İranın paytaxtı Tehranın şimalındakı dağlarda 12 alpinistin ölümünə səbəb olub. Digər bir məlumtda isə bildirilib ki, Fars körfəzindəki yüksək dalğalar bir gəmini aşırdıb, gəmi heyəti itkin düşüb.

Son bir neçə gündə İranın ayrı-ayrı yerlərində yağan güclü qar və güclü külək səbəbindən yollar bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb.

İranın Alpinizm Federasiyasının rəhbəri Reza Zariyinin dövlət televiziyasına verdiyi məlumata görə, güclü qar səbəbindən həyatlarını itirən iki alpinistin cəsədinin bazar günü aşkar edilməsi ilə ölənlərin sayı 12-yə çatıb.

"Xilasetmə əməliyyatı tamamlandı və itkin düşənlərin hamısının cəsədi tapıldı" - deyə, Zariyi IRIB xəbər agentliyinə bildirib.

Tehran bir neçə məşhur xizək və alpinizm mərkəzinin olduğu Elbrus dağının ətəyində yerləşir.

IRIB xəbər agentliyinin veb səhifəsində cümə günü Fars körfəzinin Hörmüz boğazı yaxınlığında İran nəqliyyat gəmisinin aşdığı, altı iranlı və bir hindistanlıdan ibarət heyət üzvünün axtarıldığı bildirilib.

"Dörd nəfərdən ibarət yeddi qrup axtarış aparır, lakin əlverişsiz hava şəraiti səbəbindən indi havadan axtarış aparmaq mümkün deyil" - deyə, İRİB-in veb saytında İranın Dənizçilik Təşkilatı rəhbərinin müavini İsmayıl Makkizadədən sitat gətirilib.

İran itkin düşən ekipaj barədə boğazdan keçən Əmman, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanın dəniz axtarış və xilasetmə mərkəzlərinə məlumat verib.

XS
SM
MD
LG