Accessibility links

Səid Sultani və Babək Kiyumərsi müvəqqəti azadlığa buraxılıb


Dekabrın biri və ikisində Təbriz Həbsxanasına köçürülən iki güneyli fəal - Səid Sultani və Babək Kiyumərsi müvəqqəti azadlığa buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu haqda məlumat yayıb.

İran Azərbaycanının Culfa şəhərində Qarabağa dəstək mitinqlərilə əlaqədər həbs edilən iki güneyli fəal Səid Sultani və Babək Kiyumərsi kəşfiyyat nazirliyinin təcridxanasından Təbrizin Mərkəzi Həbsxanasına köçürüldükdən sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

İran Azərbaycanının Culfa şəhərində Qarabağa dəstək mitinqlərilə əlaqədər həbs edilən bu iki milli fəal 2 aydan çox Təbrizdə İranın Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlanılıb.

Babək Kiyumərsi dekabrın 1-də və Səid Sultani isə dekabrın 2-də Təbrizin məkəzi həbsxanasına köçürüldüyü bildirilir.

Oktyabr ayının 4-də Səid Sultani ilə Babək Kiyumərsi İran Azərbaycanında “Qarabağa dəstək” mitinqləri ilə əlaqədar həbslərin baş verdiyi günlərdə İran hökumətinin kəşfiyyat agentləri tərəfindən nəzarət altına alınıblar.

Səid Sultani öz şəxsi iş yerində və Babək Kiyumərsi isə şəxsi evində həbs edilib.

Təhlükəsizlik qüvvələri Səid Sultanini həbs etdikdən sonra onun evində axtarış aparıb, kompüteri, cib telefonu, kitabları və Sultaninin maşını da daxil olmaqla, bir sıra şəxsi əşyalarını götürüb. Kəşfiyyat agentləri Babək Kiyumərsini həbs etdikləri zaman onun həyat yoldaşını da döyüblər.

Bu milli fəalların ailə üzvləri dəfələrlə Təbriz məhkəməsinə getmələrinə baxmayaraq, məhkəmə və təhlükəsizlik orqanları məsulları onlara fəalların taleyi ilə bağlı heç bir məlumat verməyib. Bu isə fəalların ailələrin narahatlığını daha da artırıb.

Babək Kiyumərsi və Səid Sultani indiyədək dəfələrlə mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

Babək Kiyumərsi 2011-ci ilin iyun ayının 6-da Culfa şəhərinin Şuşa bölgəsində yerləşən atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Səid Sultani isə keçən illərdə də müxtəlf mitinq və etiraz aksiyalarına qatıldığı üçün həbs və mühakiməyə məruz qalıb.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalıb.

Amnesty International İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbsinə dair narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG