Accessibility links

İranın yeni prezidenti Nazirlər Kabinetinin siyahısını təqdim edib


Dövlət televiziyası İranın yeni prezidentinin çərşənbə günü sərt xətt tərəfdarlarının üstünlük təşkil etdiyi Nazirlər Kabinetinin üzvlərinin siyahısını təqdim etdiyi haqda məlumat verib. Bu, onun dörd il ərzində həyata keçirə biləcəyi siyasətin ilk göstəricisi hesab edilir.

Mühafizəkar din xadimi və keçmiş məhkəmə sədri İbrahim Rəisi İran və ABŞ-ın Tehranın dünya qüdrətləri ilə nüvə anlaşmasını canlandırmağa çalışdığı vaxt xarici işlər naziri vəzifəsinə sərt-xətt tərəfdarı diplomat Hüseyin Əmirabollahianın namizədliyini irəli sürüb.

Nazirlər Kabinetinin bir neçə gözlənilməyən namizədlərdən ibarət olan siyahısı İran parlamenti tərəfindən təsdiqlənməlidir. Ali lider adətən xarici işlər naziri kimi ən vacib vəzifələrə şəxslərin seçilməsini nəzərdən keçirir.

56 yaşlı Əmirabollahian onilliklər ərzində bir çox administrasiyalarda xidmət göstərib. O, Qərbdə 2009-cu ildə mübahisəli seçkilərdə ikinci dəfə qalıb gələn və Holokostu inkar edən sərt-xətt tərəfdarı prezident Mahmud Əhmədinejadın dövründə xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini vəzifəsində çalışıb.

İranaın nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehrana qarşı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan anlaşmanı imzalayan nisbətən mötədil Həsən Ruhani 2013-cü ildə hakimiyyətə gəldiyi vaxt Əmirabdollahian keçmiş parlamentin spikerinin beynəlxalq işlər üzrə müşaviri vəzifəsinə başlamazdan əvvəl işini davam etdirmişdi.

Nüvə razılaşmasında iştirak edən tərəflər aylardır Vyanada görüşərək, müqaviləni canlandırmağa çalışır. Danışıqların son raundu iyun ayında başa çatıb və danışıqların bərpası üçün vaxt müəyyən edilməyib. Rəisi administrasiyasına İranın onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatına təsir edən sanksiyaların qaldırılmasına diqqət yetirəcəyinə söz verib.

İbrahim Rəisi həmçinin general Əhməd Vahidi daxili işlər naziri təyin edib. 2010 -cu ildə ABŞ tərəfindən qara siyahıya salınmış və İnterpol tərəfindən axtarışda olan keçmiş müdafiə naziri Vahidinin 1994-cü ildə Buenos Ayresdəki yəhudi mədəniyyət mərkəzinin bombalanmasında rolu olduğunu iddia edilir. Hücum zamanı 85 nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı.

Ölkənin həyati əhəmiyyət kəsb edən neft və qaz sektorunda uzun müddət vəzifədə olan 54 yaşlı Cavad Ouci neft naziri vəzifəsinə namizəd göstərilib.

Rəisi Əhmədinejad dövründə neft naziri olmuş Rüstəm Qasemini Yol və Urbanizasiya naziri vəzifəsinə nominasiya edib. Siyahıda Silahlı Qüvvələr Baş Qərargah rəisinin keçmiş müavini general Məhəmməd Rza Aştiyani müdafiə naziri vəzifəsinə irəli sürülüb.

XS
SM
MD
LG