Accessibility links

İran ölümündən üç il keçən generalın qisasını alacağını vəd edir


İran prezidenti İbrahim Raisi
İran prezidenti İbrahim Raisi

Prezident İbrahim Rəisi çərşənbə axşamı minlərlə insanın iştirak etdiyi anım mərasimində üç il əvvəl ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində ölən yüksək səviyyəli iranlı generalın qisasını alacağını vəd edib.

2020-ci ilin yanvarın 3-də 62 yaşlı general Qasım Süleymaninin ölümünə səbəb olan zərbənin əmrini o zamankı ABŞ prezidenti Donald Tramp vermişdi.

İran hakimiyyətinin yüksək qiymətləndirdiyi Süleymani İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlar qolu olan Qüds Ordusuna başçılıq edib. Süleymani ölkənin ən məşhur ictimai xadimlərindən biri olub və İranın Yaxın Şərq əməliyyatlarına rəhbərlik edib. O, 1980-88-ci illərdəki İran-İraq müharibəsinin qəhrəmanı kimi tanınıb.

Tehranın Böyük Mosalla məscidində İran bayraqlarını dalğalandıran və öldürülən generalın şəkillərini tutan izdiham qarşısında çıxış edən Rəisi "Biz şəhid Süleymaninin qanını unutmamışıq və unutmayacağıq" deyib.

“Onun qatilləri və icraçıları bilməlidirlər ki, şəhid Süleymaninin qisası mütləqdir və onlar rahat yatmayacaqlar" Rəisi deyib.

Bağdad hava limanı yaxınlığına zərbə endirilən zaman Süleymani və iraqlı leytenant Əbu Mehdi Əl-Mühəndis birlikdə həlak olub.

Bir neçə gün sonra İran buna qonşu İraqda Amerika və digər koalisiya qüvvələrinin yerləşdiyi bazalara raket zərbələri endirməklə cavab vermişdi. ABŞ qüvvələri arasında ölən olmasa da, Vaşinqton partlayışlar nəticəsində onlarla insanın beyin travması aldığını bildirmişdi.

Gərginliyin artması fonunda 2020-ci il yanvarın 8-də İran təsadüfən Ukraynaya məxsus sərnişin təyyarəsini vurdu və nəticədə təyyarədə olan 176 nəfərin hamısı həlak oldu.

Pentaqon o zaman Süleymaninin "İraqda və bütün regionda fəal şəkildə Amerika diplomatlarına və hərbçilərinə qarşı hücum planlarını hazırlayır" deyirdi.

XS
SM
MD
LG