Accessibility links

İran artıq ikinci gündür raket sınağı həyata keçirir


I
I

İran çərşənbə günü iki ballistik raket sınaqdan keçirdiyini və raketlərin üzərində ivrit dilində “İsrail tarixin səhifələrindən silinməlidir” yazıldığını bildirib.

Yarı-rəsmi Fars xəbər agentliyi Qədr H raketlərinin İranın şərqində yerləşən Elbrus dağlarından atıldığını göstərən şəkillər paylaşıb. Raketlərin hədəfi Oman Körfəzinin İran sahilindən 1400 kilometr uzaqlıqdakı nöqtəsidir.

Raketləri 2000 kilometrik məsafə ilə düzəltməyimizin məqsədi düşmənimiz olan Zionist rejimini təhlükəsiz məsafədən vura bilməkdir.
Əmir Əli Hacızadə

“Raketləri 2000 kilometrik məsafə ilə düzəltməyimizin məqsədi düşmənimiz olan sionist rejimini təhlükəsiz məsafədən vura bilməkdir,” deyə İran İnqilab keşikçiləri Ordusunun briqada generalı Əmir Əli Hacızadə bildirib.

Hacızadə İranın İsraillə müharibəyə başlamayacağını vurğulayıb, Tehran isə bu raket sınaqlarının məqsədinin İranın “vahiməyə salan qüdrət” olduğunu nümayiş etdirmək olduğunu deyir.

İsraildə səfərdə olan ABŞ vitse-prezienti Co Bayden raket sınaqları barədə heç nə deməsə də, İrana yenicə əldə olunmuş nüvə razılığını pozacaq əməllərdən uzaq durması barədə xəbərdarlıq verib.

Lakin ABŞ və dünyanın digər beş qüdrəti tərəfindən əldə olunan nüvə razılığı raket sınaqlarının qarşısını almır.

ABŞ vitse-prezidenti Co Bayden və İsrail baş naziri Benyamin Netanyahu
ABŞ vitse-prezidenti Co Bayden və İsrail baş naziri Benyamin Netanyahu

Bu sınaqlar ABŞ-ın qadağa qoyulmuş fəaliyyətlərlə bağlı 5 iranlıya və şirkətlər şəbəkəsinə yeni sanksiyalar tətbiq etməsindən 2 sonra həyata keçirilib.

BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra İran keçən oktyabr ayında həyata keçirilmiş iki raket sınağını müdafiə edərək bildirib ki, bu, milli təhlükəsizliyin təminatı məqsədi daşıyıb.

O zamandan bəri qüvvəyə minən yeni qətnaməyə görə, İran dünya qüdrətləri ilə əldə etdiyi razılıq əsasında nüvə fəaliyyətlərindən geri çəkilməklə sanksiyaların yüngülləşdirilməsinə nail olub. Bu razılıq İranın nüvə silahı hazırlamaq narahatlıqlarını həll edib, ancaq İran heç zaman nüvə silahı hazırlamağa çalışdığını bildirməyib.

XS
SM
MD
LG