Accessibility links

ABŞ İranın balistik raket sınaqlarından narahatdır


İran bu həftə iki balistik raketi sınaqdan keçirdikdən sonra ABŞ məsələyə reaksiyasını müəyyənləşdirir.

Ağ Ev sözçüsü Coş Ernest deyib ki, İranın raket sınaqlarının sayını artıracağı mümkündür.

Dövlət Departamentində sözçü Con Körbi deyib ki, ABŞ raket sınaqlarına nəzər yetirəcək və BMT-də, ya da birtərəfli şəkildə məsələ ilə bağlı lazım olan reaksiyanı verəcək.

Kirbi bildirib ki, dövlət katibi Con Kerri məsələni İranın xarici işlər naziri Cavad Zəriflə müzakirə edib. Amma müzakirə barədə şərhlər ictimaiyyətə açıqlanmayıb.

Tehran ilə dünya qüdrətləri arasında əldə edilmiş nüvə razılığına əsasən İran nüvə silahı daşıya biləcək balistik raketlər istehsal edə bilməz. Razılığa bu kimi balistik raket texnologiyasının sınaqdan keçirilməsi də daxildir.

XS
SM
MD
LG