Accessibility links

İran parlamenti müvəqqəti nüvə yoxlanışı razılığını şübhə altına alıb


İran parlamenti prezident Həsən Ruhani hökumətinin səlahiyyətlərini aşdığını deyərək, həftə sonu əldə edilən müvəqqəti nüvə yoxlanışı razılığını ləngitməyə çalışır.

Bu kimi məsələlərdə əsas qərarlar verən Ekspertlər Şurasının müqaviləni ləğv edib-etməyəcəyi bəlli deyil.

Parlament spikeri Məhəmməd Baqr Qalibaf Twitter səhifəsində yazdığı mesajında Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Mariano Qrossi və İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi ilə birlikdə əldə etdikləri müvəqqəti yoxlanış sazişinin parlamentin təsdiqini tələb etdiyi üçün tətbiq edilə bilməyəcəyini yazıb.

Qrossi bazar günü Tehranda jurnalistlərə verdiyi açıqlamada müvəqqəti razılaşmanın nüvə yoxlanışı rejiminin tamamilə çökməsinin qarşısını almaq üçün hazırlanmış müvəqqəti bir tədbir olduğunu deyib.

"Biz təsdiqlədik ki, İran bu günə kimi etdiyi kimi hərtərəfli təhlükəsizlik müqaviləsini məhdudlaşdırmadan tətbiq etməyə davam edəcək ..." Ümid edirəm ki, çox qeyri-sabit bir vəziyyəti sabitləşdirə bildik ... digər siyasi məsləhətləşmələrin baş tutması üçün ... kor-koranə uçduğumuz bir vəziyyətdən çıxa bilərik" - deyə, Qrossi əlavə edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bazar ertəsi jurnalistlərə bildirib ki, müvəqqəti razılaşma "məhdud"dur və İran qanunlarını pozmur.

O, razılığın parlamentin qaydalarına uyğun olduğunu və nüvə obyektlərindəki kameraların növbəti üç ay ərzində fəaliyyət göstərməyə davam edəcəyini, lakin videoların dərhal nüvə agentliyinə verilməyəcəyini deyib.

Avropanın baş diplomatı Josep Borrell bazar ertəsi günü Brüsseldə Avropa İttifaqının xarici işlər nazirləri və ABŞ Dövlət katibi Antoni Blinken arasında danışıqların davam etdiyini bildirib. İranın nüvə razılaşması və Birgə Hərtərəfli Fəaliyyət Planı müzakirələrin gündəmindədir.

ABŞ Prezidenti Co Bayden İranla dünya qüdrətləri arasında 2015-ci ildə əldə olunan razılığın bərpası üçün diplomatik səylərə start verib.

İran cümə günü ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi təqdirdə dünya liderləri ilə razılaşdırdığı nüvə sazişinin şərtlərinə əməl edəcəyini elan edib.

Sanksiyalar keçmiş ABŞ prezidenti Donald Trampın 2018-ci ildə müqavilədən çıxmasından sonra tətbiq edilib. O vaxtan bəri iki ölkə arasında münasibətlər gərginləşib.

Bayden administrasiyası cümə axşamı Trampın İrana qarşı BMT-nin tətbiq etdiyi bütün sanksiyalarının bərpa olunmasına dair qərarını ləğv edib, bundan əlavə İranın BMT-ə təyin olunmuş diplomatlarının səyahətinə tətbiq olunan sərt məhdudiyyətləri yumşaldıb.

İran daha öncə bildirmişdi ki, ABŞ sankiyaları fevralın 23-ə qədər ləğv etməlidir, əks təqdirdə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qısa müddətli yoxlanışları qadağan edəcək.

XS
SM
MD
LG