Accessibility links

İran BMT-nin Rusiyanın Ukraynada dronlardan istifadəsi ilə bağlı araşdırma aparmasına etiraz edir


Arxiv- İranda hərbi dron təlimləri. 25 avqust 2022.
Arxiv- İranda hərbi dron təlimləri. 25 avqust 2022.

İran Fransa, Almaniya və Britaniyanın Birləşmiş Millətlər Təşkilatına Rusiyanın Ukraynaya hücum etmək üçün İran istehsalı dronlardan istifadə etdiyinə dair ittihamlarını araşdırmaq çağırışını tənqid edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani oktyabrın 22-də deyib ki, bir gün öncə E-3 qrupu adlanan ölkələr tərəfindən elan edilən təşəbbüs “saxta və əsassızdır” və o “qəti şəkildə rədd edilir və pislənir.”

Kyiv bildirir ki, Rusiya Ukrayna infrastrukturuna İran istehsalı olan və hədəfinə doğru yönələn və zərbə anında partlayan Şahid-136 dronları ilə zərbə endirib.

Həm İran, həm Rusiya ittihamları rədd edib.

“İran İslam Respublikasının hökuməti öz milli mənafeyini qorumaq və nəcib İran xalqının hüquqlarını təmin etmək üçün istənilən məsuliyyətsiz hərəkətə cavab vermək hüququnu özündə saxlayır,” İranın xarici işlər nazirliyi Kanaaniyə istinad edərək bildirib.

“İran xalqının maraqlarını qorumaqdan çəkinməyəcək,” - deyə, o, təfərrüat vermədən söyləyib.

BMT nümayəndələrinin imzaladığı və Reuters tərəfindən görülən məktubda üç Avropa ölkəsi oktyabrın 17-də Ukraynanın BMT-nin təhqiqat aparmasına dair çağırışını dəstəkləyərək, drondan istifadənin BMT Təhlükəsizlik Şurasının (UNSCR) 2015-ci ildə Tehranda dünya qüdrətləri arasında imzalana nüvə sazişini təsdiq edən 2231 saylı qətnaməsini pozduğunu iddia edib.

XS
SM
MD
LG