Accessibility links

İnsan haqları qrupları İrandakı edamlara qarşı beynəlxalq reaksiyaya çağırır


 İranda hökumət əleyhinə nümayişlər zamanı öldürülən insanların şəkilləri
İranda hökumət əleyhinə nümayişlər zamanı öldürülən insanların şəkilləri

Bir qrup insan haqları təşkilatı çərşənbə axşamı İrandakı edamlarla bağlı xəbərdarlıq edib və bildirib ki, vəziyyət "beynəlxalq ictimaiyyətdən təcili və vahid reaksiya" tələb edir.

Impact İran və 11 üzv təşkilat "etirazçıları hədəf alan son edam dalğası" da daxil olmaqla, son bir neçə ayda İran İslam Respublikasında edamlarla bağlı qorxulu artımı pisləyən birgə bəyanat yayıb.

Qruplar Birləşmiş Millətlər Təşkilatını "bu özbaşına həyatdan məhrumetmələrə görə cvabdehlərin məsuliyyətə cəlb edilməsinə", o cümlədən aidiyyəti olan şəxslərə və qurumlara qarşı "məqsədli tədbirlər və məhdudiyyətlər" tətbiq edilməsinə çağırıb.

Bəyanatda deyilib ki, İran keçən ilin sentyabr ayında Məhsa Əmininin polis nəzarətində öldürülməsinə cavab olaraq başlayan etirazlardan sonra qorxu yaymaq və müxalifəti ruhdan salmaq üçün edamlardan istifadə edir.

İnsan haqları qrupları etnik azlıqlar arasında öldürülənlərin sayının "həddindən artıq olduğunu" bildirib.

Beynəlxalq Amnesty International təşkilatı da keçən həftə bildirib ki, İranda narkotik maddələrlə bağlı ittihamlarla edam edilənlərin sayı bu il 2022-ci illə müqayisədə üç dəfə artıb.

İnsan haqları qrupu bu il narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş azı 173 nəfərin "sistemli ədalətsiz məhkəmələrdən sonra" asıldığını bildirib və əlavə edib ki, bu rəqəm keçən ilin bu vaxtı ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Amnesty onu da əlavə edib ki, bu kimi edamlar 2023-cü ilin ilk beş ayında İranda həyata keçirilən bütün edamların üçdə ikisini təşkil edib və bu, əsasən "marginallaşmış və iqtisadi cəhətdən imkansız təbəqələrdən olan insanlara" təsir edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG