Accessibility links

Ruhani: "ABŞ koronavirusun qarşısının alınmasında İrana yardım etmək istəyirsə sanksiyaları ləğv etsin"


"Birləşmiş Ştatlar koronavirusun qarşısının alınmasında İrana yardəm etmək istəyirsə, sanksiyaları ləğv etməlidir" - deyə, İran prezidenti Həsən Ruhani bazar ertəsi bildirib və İranın Vaşinqtonun humanitar yardım təklifini qəbul etmək niyyətində olmadığını deyib.

"Amerika liderləri yalan danışır. Əgər İrana kömək etmək istəyirlərsə, sanksiyaları ləğv etməlidirlər. Ondan sonra koronavirusun yayılması ilə mübarizə apara bilərik" , Ruhani televiziya ilə çıxışı zamanı deyib.

Səhiyyə Nazirliyinin məlumatına görə, İran koronavirusun ən çox təsirinə məruz qoyduğu Yaxın Şərq ölkəsidir. İranda artıq 1700 nəfər ölüb, 21 mindən çox insan yoluxub. Hər 10 dəqiqədə 1 nəfərin öldüyü bildirilir.

Vaşinqton uzun müddətdir davam edən düşmənçiliyə baxmayaraq, İrana humanitar yardım təklif edib. Bazar günü ölkənin ali dini lideri Ayətulla Əli Xameneyi bu təklifi rədd edib.

ABŞ prezidenti Donald Trampın 2015-ci ildə Tehranın altı dünya qüdrəti ilə əldə etdiyi nüvə razılaşmasından 2018-ci ildə çıxmasından və İrana qarşı sanksiyaları bərpa etməsindən sonra iki ölkə arasındakı gərginliklər davam edir.

İran hökuməti ABŞ sanksiyalarını koronavirusla mübarizənin qarşısını almaq səylərini əngəlləməkdə günahlandırır və Ruhani amerikalıların hökumətlərini İrana qarşı sanksiyaları qaldırmağa çağırmalı olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG