Accessibility links

Ruhani ikinci prezidentlik müddətinə ABŞ-la gərginliyin artdığı bir zamanda başlayır


İran prezidenti Həsən Ruhani şənbə günü and içərək, ikinci prezidentlik müddətinin icrasına başlayıb. May ayında keçirilmiş prezident seçkilərində, Ruhani, çətinlik çəkmədən qələbə qazanmışdı.

Bəziləri tərəfindən mötədil lider hesab edilən Ruhani, 2015-ci ildə qlobal qüvvələr ilə nüvə razılşaması əldə edərək, İranı təcriddən çıxarmış, ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyaların qaldırılmasına nail olmuşdu.

Buna baxmayaraq, bir neçə gün öncə, ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini təsdiq edib. Bu isə ABŞ-ın nüvə razılaşmasını pozmasında ittiham edilməsinə səbəb olub.

İranın xarici işlər naziri Abbas Araqçı dövlət televiziyasında çıxışı zamanı yeni sanksiyalara “müvafiq cavab” verəcəklərini bildirib: “Biz ABŞ-ın və Trampın tələsinə düşməyəcəyik və bu addıma cavabımızı diqqətlə nəzərdən keçirəcəyik.”

İrana qarşı yeni sanksiyalar Rusiya və Şimali Koreya ilə eyni sanskiya qərarın tərkib hissəsidir. Qərar İranın ballistik raket proqramında çalışan insanların ABŞ-a daxil olmalarını və ABŞ-da daşınmaz əmlak alıb-satmalarını qadağa edir.

Prezident Donald Tramp seçki kampaniyası zamanı İranla nüvə razılaşmasını “tarixin ən pis razılaşması” adlandırmışdı. O həmçinin, sələfi Barak Obamanı bu razılaşmaya imza atdığına görə tənqid etmiş, razılaşmanın İranın nüvə silahı iddialarından geri çəkilməsinə kömək etmədiyini bildirmişdi.

Artan gərkinliyin, ikici prezidentlik müddətinə yenicə başlayan Ruhani üçün çətinliklər yaradacağı gözlənilir. Belə ki, Ruhani, prezident seçkilərində Qərb ölkələri ilə əməkdaşlıq vədləri ilə qalib gəlib.

XS
SM
MD
LG