Accessibility links

Ruhani həbs edilən silahsız nümayişçilərin azadlığına çağırıb


İran prezidenti Həsən Ruhani yanacaq qiymətlərinin artmasına etirazlar zamanı həbs edilən silahsız nümayişçilərin azadlığa buraxılmasına çağırıb.

"Etirazılarını dilə gətirən silahsız nümayişçilərə din və islam mərhəməti göstərilməli, onlar azad edilməlidir”- deyə, Ruhani televiziya müraciətində bildirib.

Amnesty International beynəlxalq insan haqları təşkilatı dekabrın 2-də bildirib ki, ötən ay İranın 100-dən çox şəhərini bürümüş etiraz aksiyalarında çox sayda insanın öldüyü təxmin edilir.

Londonda mənzillənmiş təşkilat deyir ki, etibarlı mənbələrdən alınmış məlumatlar İranda noyabrın 15-də başlanmış etiraz aksiyaları zamanı azı 208 nəfərin öldüyünü göstərir.

Amnesty bildirir ki, ölənlərin real sayı bundan qat-qat çox ola bilər.

Etirazlar noyabrın 15-də hökumət yanacaq qiymətlərini artırdığını elan edəndən sonra başlanmışdı.

İran hökuməti bunun ardınca ölkə internetinə bağlantını tamamilə bloklamışdı.

Amnesty bildirir ki, ölüm halları ən çox Şəhriyar şəhərində qeydə alınıb. Təşkilat İran etirazlarında ölənlərin sayını ötən həftə azı 161 nəfər olaraq göstərmişdi.

İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulamhüseyn Esmaili ölənlərin sayının yüksək olduğuna dair iddiaları rədd edrək bunu "ağ yalan" adlandırıb.

Ruhani şəxsi və mülkiyyət ziyanlarının araşdırılması və mümkün kompensasiyaların ödənişinə dair sərəncam verib.

Şərhlərə bax

XS
SM
MD
LG