Accessibility links

Rusiya, Türkiyə və İran Suriya atəşkəsi ilə bağlı razılıq əldə ediblər [Video]


Rusiya, Türkiyə və İran Suriya atəşkəsi ilə bağlı razılıq əldə ediblər
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Qazaxıstanda Suriya hökümətinin rəsmiləri və üsyançılarının iştirakı ilə iki gün davam edən sülh danışıqlarından sonra Rusiya, Türkiyə və İran Suriyadakı atəşkəsə nəzarət mexanizminin yaradılmasına dair razılıq əldə ediblər. Lakin Suriya müxalifəti münaqişədə rəsmi Dəməşqi dəstəklədikləri üçün Rusiya və İrana qarşı skeptik yanaşır.

Rusiya, Türkiyə və İran dekabr ayında onların vasitəçiliyi ilə əldə olunan atəşkəsi gücləndirmək və altı ildir davam edən münaqişəyə son qoymaq üçün bir plan üzərində razılıq əldə ediblər.

Məsələ kimin razı, kimin isə narazı olub-olmaması deyil. Məsələ bizim nəhayət ki, hər kəsin razılaşdığı “son bəyanat” və ya “son deklarasiya” adlanan razılığa gəlməyimizdir.
Bəşər Əl-Cəfəri

Rusiya və İranın dəstəklədiyi Suriya höküməti razılığı qəbul etsə də, Dəməşq ətrafındakı üsyançılara qarşı hərbi əməliyyatları davam etməyi planlaşdırır.

Suriya hökümətinin nümayəndəsi Bəşər Əl-Cəfəri: “Məsələ kimin razı, kimin isə narazı olub-olmaması deyil. Məsələ bizim nəhayət ki, hər kəsin razılaşdığı “son bəyanat” və ya “son deklarasiya” adlanan razılığa gəlməyimizdir.”

Razılıqla bağlı heç bir detal paylaşılmayıb və üçtərəfli mexanizm Türkiyənin dəstəklədiyi bəzi Suriya üsyançılarını təmsil edən qruplar tərəfindən skeptisizmlə qarşılanıb.

Üsyançıların deleqasiyası Suriya höküməti ilə birbaşa danışıqlar aparmağı rədd edib.

Azad Suriya Ordusunun Cənubi Cəbhəsinin sözçüsü İssam Əl-Rayyes: “Biz bu cür ölkələrə hər zaman şübhə ilə yanaşırıq, xüsusilə də, İran və Rusiyaya. Lakin bu dəfə ümid edirik ki, Rusiya fərqli bir rol oynacaq.”

Üçtərəfli razılıqla yanaşı BMT Suriya münaqişəsinə həll tapmaq üçün Cenevrədə danışıqlar aparmaq kimi bir sıra səylər göstərib.

Azad Suriya Ordusu
Azad Suriya Ordusu

Beynəlxalq Böhran Qrupundan Noah Bonsi: “Biz Qazaxıstanda Cenevrə danışıqlarından fərqli yeni diplomatik platformanın yaranmasına mı şahid olduq? Yoxsa bu, sadəcə Cenevrə danışlıqlarını hərəkətə gətirmək üçün bir başlanğıcdı?”

İştirakçılar sülh prosesinin qarşısında çox sayda əngəllərin olduğu barədə xəbərdarlıq edib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura: “Beynəlxalq ictimaiyyətdən bu kontekstə bir möcüzə gözləmək və bölünmüş Təhlükəsizlik Şurasını iflas adlandırmaq ədalətsizlikdir. Bu iflas deyil, çətinlikdir.”

Astana danışıqlarında iştirak edən üsyançılar, atəşkəsə riayət olunmasa, fevralın 8-də Cenevrədə keçiriləcəyi gözlənilən növbəti görüşdə iştirak etməyəcəklərini deyiblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG