Accessibility links

İranın mühacirətdəki şahzadəsi Rza Pəhləvi gələcək monarxın da seçilməli olduğunu deyib


İranın son hökmdarı Rza Pəhləvinin müxalifət üzvü olan oğlu ilk dəfə iranlıları İslam respublikasını əvəzləyən hər hansı bir sistemin bir hissəsi olaraq, seçilmiş monarx mövqeyi yaratmağı düşünməyə çağırıb və bununla belə bir ölkədə xidmət edəcəyi ehtimalını azaldıb.

İranın xaricdəki müxalifət qrupları arasında ölkənin gələcəyi ilə bağlı uzun müddətdir fikir ayrılıqları mövcuddur. Pəhləvi tərəfdarları onun yenidən canlandırılan monarxiyaya rəhbərlik etməsini, digər fəallar isə 1979-cu il inqilabında vəliəhd şahzadənin atasını devirən şiə din xadimlərinin rəhbərlik etdiyi avtoritar İslamçı respublikanın yerinə yeni bir respublikanın yaradılmasını istəyir.

Ruhanilər indiyədək hakimiyyətdən getməyə dair heç bir əlamət göstərməyib və on illərdir daxildəki müxalifəti boğmağa çalışıb. Amnesty International təşkilatının bildirdiyinə görə, 2019-cu ilin noyabrında hökumət əleyhinə ümummilli küçə etirazları zamanı 300-dən çox insan öldürülüb.

Pəhləvinin İranın rəqib monarxiya və respublika hərəkatlarının nümayəndələrini vətənlərində dəyişiklik etməklə bağlı aralarındakı fikir ayrılıqlarının aradan qaldırılmasına yardım edə biləcəyinə işarə olaraq, hər iki düşərgə üzvləri vəliəhd şahzadənin İranın gələcək idarəetmə sistemi ilə bağlı Amerikanın Səsinin Fars şöbəsinin televiziya kanalına verdiyi müsahibəsini müsbət qarşılayıb. Lakin onlar onun təklif etdiyi seçilmiş monarxiyanın Respublika sistemindən fərqii və Pəhləvinin islamçılardan sonrakı dövlətdəki rolu lə bağlı yeni suallar meydana gəldiyini deyirlər.

ABŞ-ın Merilend ştatında yaşayan Pəhləvi müsahibəsində İranın ölkənin işlərinə müdaxilə edə bilən monarxının xalq tərəfindən "seçilməli" olduğunu deyib. "Mənim irsi monarxiya ilə bağlı ciddi problemim var" - deyə, o bildirib.

Pəhləvinin atası Məhəmməd Rza Pəhləvi 1941-ci ildə vəliəhd şahzadənin ata babası və Pəhləvi sülaləsinin qurucusu Rza şah Pəhləvinin taxtdan imtina etməsindən sonra şah olub. "21-ci əsrin İranı yüz il əvvəlki, monarxiya konstitusiyası dövründəki İrandan fərqlidir" - deyib vəliəhd.

Seçilmiş bir monarxiya başçısının ömür boyu bu mövqedə qalıb-qalmaması sualının cavabında Pəhləvi bu fikrin əleyhinə olduğu deyib. "Həyat üçün bir şey etmək öhdəliyi cox ciddi bir gözlənti ola bilər" - deyə, Rza Pəhləvi bildirib.

Özünün də seçki yolu ilə potensial namizədliyini istisna etməsə də, vəliəhd şahzadə bunu nəzərdə tutmadığını deyib. "Mənim milli və siyasi missiyam İran xalqı gələcək idarəetmə sistemini seçmək üçün səs verməyə getdikdə sona çatacaq. İranın rəhbəri xalqın içindən çıxacaq" - deyə, o bildirib.

Pəhləvi yalnız təntənəli yığıncaqlarda iştirak edən və dövlət məmurları tərəfindən onun üçün yazılan çıxışları oxumalı olan bir hökmdar olmaq istəmədiyini vurğulayıb.

"Mənim fikrimcə simvolik bir monarx olmaq ölkə üçün oynaya biləcəyim faydalı rol deyil.”

XS
SM
MD
LG